Accessibility links

Türkiyədə "İŞİD"ə qoşulmaq istəyən 21 nəfər saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var


Türkiyədə "İŞİD"ə qoşulmaq istəyən 21 əcnəbi, o cümlədən Azərbaycan vətəndaşı saxlanılıb
Türkiyədə "İŞİD"ə qoşulmaq istəyən 21 əcnəbi, o cümlədən Azərbaycan vətəndaşı saxlanılıb

Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verir

Türkiyənin (Xatay) Hatay vilayətində "İŞİD"ə qoşulmaq üşün Suriyaya keçmək istəyən 21 xarici vətəndaş saxlanılıb.

Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verir.

Məlumata görə saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.

Terror qruplaşmasına qoşulmaq istəyən digər şəxslər isə İngiltərə, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan vətəndaşlarıdır. Onlar öz ölkələrinə deportasiya ediliblər.

Qeyd edək ki, Türkiyə Suriya ilə olan sərhəddini möhkəmlətməyə çalışır.

Belə ki, Türkiyə polisi terror qruplaşması İŞİD-ə qoşulmaq üçün Azərbaycandan Ankaraya uçan azərbaycanlı kişi Esenboğa hava limanında saxlanılıb. 49 yaşlı azərbaycanlı Bəkir Qalibovun çantasında 17 ədəd zirehli gödəkcə, şpris və digər səhiyyə vəsaitləri aşkar olunub.

XS
SM
MD
LG