Kürd peşmərgə komandiri Süleymaniyyədəki qərargahında divanad əyləşib, onun yanındakı masanın arxasında yerdə iki böyük snayper tüfəngləri var.
“İŞİD nə qədər çox qalsa, Suriya və digər ölkələrdə hökümət tərəfindən təqib olunan bir o qədər çox ümidsiz gəncə cəlbedici görünəcək,” deyə o bildirib.
“Onlar getməyəcək. Mosul və Raqqa geri alınandan dərhal sonra İŞİD yox olmayacaq. O, davam edəcək,” deyə komandir xəbərdarlıq edib.
Mosulun cənubunda Kərkük-Süleymaniyyə ərazisində anti-terror əməliyyatlarına görə cavabdeh olan Polad Canginin bir neçə həftə öncə verdiyi bu qiymətləndirmə prezident Barak Obama daxil olmaqla ABŞ rəsmilərinin ictimai qiymətləndirmələrindən fərqlənir.
Lakin bəzi hərbi və kəşfiyyat rəsmilərinin dediyinə görə, İŞİD-in məhvi real ola bilər. Onlar deyir ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın əldə etdiyi irəliləyişlər real olsa da, onlar İŞİD-in nəzarət etdiyi əsas ərazilərdə qrupa ölümcül zərbə vurmaqdan hələ uzaqdır.
İŞİD-in seçim prioritetləri
Rəsmiləri narahat edən odur ki, İŞİD bir zamanlar İraqda nəzarət etdiyi ərazilərin 40, Suriyada isə 10 faizini itirsə də, qrup məğlubiyyətlərindən yeni dərslər çıxarır. Bir zamanlar resurslarını tez yayan, bacardığı qədər çox döyüşlərə cəlb olunan İŞİD, artıq döyüşləri daha diqqətlə seçir.
“İŞİD-in prioriteti Raqqa və Mosuldakı istinadgahlarıdır. Bunun uğrunda da qızğın döyüşün olacağı gözlənilir,” deyə ABŞ rəsmisi bildirir.
Nahahatlıq doöuran daha bir məsələ ondan ibarətdir ki, İslam Dövləti nə qədər çarəsiz olsa, bir o qədər də təhlükəli ola bilər.
“Qrup çox sayda liderlərini, minlərlə döyüşçüsünü və nəzarət etdiyi əraziləri itirib. Onların bunun qisasını alacağına şübhə yoxdur,” deyə ABŞ kəşfiyyat rəsmisi bildirir.
Müharibə Elmləri İnstitutunun anti-terror üzrə təhlilçisi Harlin Gambhir deyir ki, İslam Dövlətinin "parçala və fəth et" strategiyası bu ayın əvvəlində Bağdadda şiə yaraqlılarını hədəf almış 25 nəfərin ölümünə səbəb olan bomba hücumları zamanı özünü biruzə verib.
Yeni döyüşçülər
Qrupun döyüşçülərinin sayının azalması da İŞİD-i dayandırmır.
ABŞ və koalisiyanın İraq və Suriyada həyata keçirdiyi hava hücumları nəticəsində 25 mindən çox İŞİD döyüşçüsü öldürülüb. Yaxın zamandək isə həm hərbi, həm də kəşfiyyat rəsmiləri qrupun ayda min xarici döyüşçü cəlb edərək, qüvvəsini artıra biləcəyini ehtimal edirdi.
Hətta hava kampaniyası daha da intensivləşsə, ABŞ xüsusi qüvvələrinin sayı artırılsa və İraq və Suriyada yerli quru qüvvələri səylərini gücləndirsə də İŞİD qüvvələri çox böyük olaraq qalacaq.
ABŞ kəşfiyaatının ən son hesablamalarına görə, qrupun döyüşçülərinin sayı 32 mindən 19-25 minə düşüb.
Terrorçu qrupun artıq uşaq döyüşçülərdən asılı olduğuna dair xəbərlər də şişirdilmiş ola bilər.
“İŞİD hələ də daha çox xarici döyüşçülər və nəzarəti altındakı ərazilərdəki böyüklərdən asıldır,” deyə ABŞ ant-iterror rəsmisi bildirib və əlavə edib ki, qrup hələ də “uşaqlardan asılılıq səviyyəsinə çatmayıb.”
Döyüşçü sayı
Bəzi ABŞ rəsmiləri və təhlilçiləri də döyüşçü sayından irəliləyişə işarə kimi istifadə etməmək barədə xəbərdarlıq edib. Bəzi rəsmilər İŞİD-in “problemlərə döyüşçü sayını əlavə etməyə” meyilli olduğunu desə də, digərləri İslam Dövləti qrupunun taktikalarını “parlaq” adlandırır.
“Onlar Əbu Ömər Əl-Şişaninin başçılığı ilə Ənbərə hücum edəndə ərazini ələ keçirmək üçün o qədər də çox döyüşçüdən istifadə etməmişdilər. Şişani böyük bir ərazini zəbt etmək üçün çox az sayda döyüşçünün dəstəyindən istifadə etmişdi,” deyə Demokratiyaların Müdafiə Fondunun əməkdaşı Deyvid Qartenstin-Ross bildirir.
“Onlar çətin mübarizə ilə üzləşirlər, amma hər an bir sürpriz edib, hər hansı bir ərazini ələ keçirə bilərlər,” deyə o xəbərdarlıq edir.
İŞİD-i dəstəkləyənlər
Bu həftənin əvvəli ASDA’A Burson-Marsteller tərəfindən aparılan və 3500 nəfərlə üz-üzə keçirilən müsahibələrə əsaslanan sorğunun nəticələri göstərir ki,16 ərəb ölkəsində gənclərin böyük əksəriyyəti “ektremist qrupu rədd edir və onun məhv olacağına inanır.” Onların 50 faizi İŞİD-i Yaxın Şərqdə ən böyük maneə olaraq görür.
David Qartenstin-Ross bildirir ki, İŞİD-in daim irəliləyişlərinin qarşısının alınması bir qədər vaxt ala bilər, xüsusilə də qrupun İraq və Suriyada yeni terror hücumları həyata keçirə bildiyi halda.