Uşağı ilə birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən britaniyalı qadın 6 il müddətinə azadlıqdan məhrum edilib.
Birmingham məhkəməsi 26 yaşlı Tarina Şakili İŞİD üzvü olmaqda və terror aktı həyata keçirməkdə ruhlanmaqda ittiham edib.
2014-cü ilin oktyabrında o və 1 yaşlı oğlu təyyarə ilə Türkiyəyə gedərkən ailəsinə çimərlikdə istirahətə getdiyini bildirib. O, Suriya sərhədini keçərək daha sonra İŞİD-in istinadgahı olan Rəqqa şəhərinə istiqamət alıb.
Ancaq 3 aydan sonra o qaçaraq, özünü Türkiyə ordusuna təslim edib. 2015-ci ilin fevralında evinə qayıdarkən Hitrou hava limanında yerli rəsmilər tərəfindən həbs edilib.
Məhkəmə zamanı Şakil İslamçı qrupa qoşulduğunu rədd edərək bildirib ki, o, sərt İslam qanunları altında yaşamaq istəyib və heç bir terrorizmi dəstəkləməyib.
Ancaq prokurorlar deyib ki, onun telefonundakı şəkillər göstərir ki, o, silahlarla şəkil çəkdirib və oğlunun başındakı papaqda İslam Dövlətlərinin simvolu olub.
Hakim Melburn İnmanın sözlərinə görə, Şakil könüllü şəkildə İslam Dövləti qrupunu qəbul edib.