Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, Rusiya və Suriyanın hökumət təyyarələrinin Suriyanın şərqində həyata keçirdiyi hücumlar nəticəsində uşaqlar da daxil olmaqla, 45 nəfər həlak olub.
Qrup hücumların İraqla sərhəddəki Deyr Əl-Zour vilayətindəki Qorieh qəsəbəsini vurduğunu bildirir. Bu ərazi əsasən İŞİD yaraqlılarının nəzarətindədir.
Bunanla yanaşı, Suriya Demokratik Qüvvələri (SDQ )üsyançı qrupu, eləcə də kürd və ərəb qüvvələrdən ibarət koalisiya ABŞ-ın başçılıq etdiyi koalisiyanın havadan dəstəyi ilə İŞİD-in Manbicdəki istinadgahına hücum edib.
Şəhərə cənubdan hücum edən SDQucqar ərazilərdə nəzarəti ələ keçirib
Manbic Suriyanın şimalında İŞİD-in nəzarət etdiyi ərazilərdən gələn təchizatlar üçün başlıca keçid məkanı olub. Yerli fəallar deyir ki, şəhərin geri alınması terror qruplaşması üçün böyük itki olacaq.