Accessibility links

Pakistanda İŞİD komandiri öldürülüb


İŞİD-in yüksək rütbəli komandiri Pakistanda təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Təhlilçilərin sözlərinə görə, bu, İŞİD-in təhlükəsinin artdığını göstərir.

Quccar bir sıra siyasi xadim və yüksək vəzifəli federal hökümət işçilərini hədəf almağı planlaşdırırdı.
Muştaq Meher

Pakistanın cənub liman şəhəri Kəraçi polisinin baş müfəttişinin müavini Muştaq Meher müxbirlərə Kamran Quccarın polisin Karaçinin “İttihad Şəhər” məhəlləsində keçirdiyi reyd zamanı öldürüldüyünü deyib.

Meherin dediyinə görə, bundan əlavə polis reyd zamanı avtomat tüfəng, üç qumbara və partlayıcı maddələr aşkar edib.

Kamran Quccarın ələ keçirilməsi üçün 2,5 milyon rupi (təxminən 24 min dollar) dəyərində mükafat təklif olunurdu. Gucar İŞİD-in təlim verdiyi yaraqlı idi, İŞİD-ə yenicə qoşulmuşdu və daha öncə Əl-Qaidə və Talibanla da əlaqəsi olub, deyə Meher bildirib.

Polis rəisi Quccarın Pakistanda bir sıra terror fəaliyyətlərində iştirak etdiyini bildirib.

O, Kəraçi və Heydərabadda polis və rencer qüvvələrinə qarşı hücumlar təşkil edib, deyə polisin bəyanatında bildirilir. Bu hücumlar zamanı təxminən 40 polis zabiti öldürülüb.

“Quccar bir sıra siyasi xadim və yüksək vəzifəli federal hökümət işçilərini hədəf almağı planlaşdırırdı” deyə Meher onun terror planlarından bəhs edərkən bildirib.

Rəsmi İslamabad İŞİD-in ölkədə fəaliyyət göstərdiyini dəfələrlə rədd edib.

Lakin qrupun son fəaliyyətləri və Pakistanın yüksək vəzifəli rəsmilərinin bəyanatları İslam Dövlətinin artıq Pakistanda da fəaliyyətə başlayacağı ilə bağlı narahatlıqları artırıb.

XS
SM
MD
LG