Accessibility links

İslam Dövləti qadın batalyonu yaradır


Mideast Syria Rebel Attrition
Mideast Syria Rebel Attrition

İslam Dövləti döyüşçüləri Suriyanın Raqqa şəhərinə nəzarəti ələ aldıqdan və keçid məntəqələri qurduqdan bir neçə ay sonra yeni problemlərlə üzləşib. Belə ki, düşmənlər çox vaxt şəhərdən qadın libasında qaçır.

Kişi döyüşçülər uzun milli paltarda və üzləri örtülü olan qadınları demək olar ki, yoxlaya bilmir. Buna görə də İSİD qadınlardan ibarət Əl-Xansa briqadasını yaratmaq qərarına gəlib. Məhəmməd peyğəmbərin ilk davamçılarından olan məşhur şairənin adını daşıyan briqadadakı qadınlar polis işçiləri olmaqla yanaşı, Raqqada qadınların İslam qanunlarına uyğun davranmalarına nəzarət edir.

Raqqada gəzən silahlı qadınlar istədikləri zaman küçələrdə qadınları saxlayıb sorğu-sual edə və ya onların üzərində yoxlama apara bilir. Onlar eləcə də küçədə gəzən və ya maşında olan qadınların yanlarındakı kişilərin ailə üzvü olub-olmadığını araşdıra bilir. Briqada həm də İslam Dövləti haqda ictimai təsəvvürü yaxşılaşdırmağa xidmət edir.

“Biz İŞİD üzvləri tərəfindən zorlanan və sonradan intihar edən üç qadını misal gətirə bilərik. Bu, pis haldır” - deyə, qadınlar və terrorizm mövzusunda bir neçə kitabın müəllifi Mia Blom bildirir.

Belə basqılar İslam Dövləti ideologiyasına sadiq qalan və İŞİD döyüşçüləri ilə evlənməyə hazır olan qadınlara mane ola bilər. Hamira Xan Vaşinqtonun “Müflehun” ektremizmlə mübarizə qrupunun üzvüdür. “Eyni fikirli bir cəmiyyət qurmaq üçün İŞİD döyüşçülərinə ailə lazımdır. Döyüşçüləri cihada ruhlandıran arvadları olmalı, övladlarını bu yola təşviq edən analar lazımdır,” - deyə, Xan bildirir.

Sonda İŞİD-in qadın üzvləri və buna oxşar qruplar sosial media vasitəsilə bir –birləri ilə əlaqə saxlayır. Onlar yeni dəstək qrupları təşkil edir, təcrübələrini bölüşür, yeni dostlar tapır. Yeni üzvlərə isə nə etməli olduqlarını və nə ilə üzləşə biləcəklərini öyrədirlər. “Qadının müşaiyətsiz gəzməsinə qadağa kimi qanunlarına baxmayaraq, onlar qızlara Suriyaya maneəsiz keçməyin yollarını öyrədirlər,” - deyə, Xan bildirir. Bu, İŞİD-in öz mənafeyi uğrunda yeganə qanun pozuntusu deyil.

Müsəlman qaydalarına görə, qadın nikaha girməzdən əvvəl ailəsinin kişi üzvündən və ya ona qəyyumluq edən şəxsdən icazə almalıdır. Xan buna misal olaraq Suriyaya gedərək, ərə getmək istəyən britaniyalı qadını misal gətirir. Atası ona belə bir nikah qılmasına icazə vermədiyini deyəndə, ona validən icazə alması təklif edilir.

İŞİD qadın briqadası yaratmaq istəyən yeganə qrup deyil. 2004-cü ildə “Əl-Xansa” adlı Veb-jurnal yaranmışdı. Bu səhifənin adı ilə İŞİD-ın “Əl-Xansa"sı arasında əlaqə olmasa da, bu jurnal cihadçı döyüşçülərin həyat yoldaşlarına dəstək mahiyyəti daşıyırdı.

2011-ci ildə isə Əl-Qaidə “Əl-Şamixa” (Cazibədar Qadın) adlı jurnalını təqdim etdi. Amerika jurnalına oxşar tərtibatına görə “Cihadi Kosmo” ləğəbi almış bu jurnal qadınlara evdə oturmağın günəş şüalarından qorunmaqda faydası olmasını təlqin edir.

Boko Haram qrupuna gəldikdə, bu qrup oğurladığı qadınları işgəncə və zorlama hədələri ilə intiharçı hücumları həyata keçirməyə vadar edir.

İraqın Ənsar Əl-Sunna ekstemist qrupu isə qadından cinsi əlaqəyə girməklə istifadə edir. Qrupun döyüşçüləri əvvəlcə qadınla cinsi əlaqəyə girir və həmin qadınlar ailə və qəbilə tərəfindən imtina edildikdə onlardan intiharçı hücumlarında istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG