Accessibility links

Bağdadda daha bir intiharçı hücumu törədilib


İraq paytaxtı Bağdadda intiharçının maşına yerləşdirdiyi bombanı şiələrin üstünlük təşkil etdiyi rayonda partlatması nəticəsində azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

İnsident bu gün intiharçı partlayıcı maddələrlə dolu yük maşınını Əl-Rəşidiyyə rayonunda meyvə-tərəvəz bazarına sürdüyü zaman baş verib.

Hücuma görə məsuliyyəti dərhal öz üzərinə götürən olmayıb. Lakin bu hücum bu yaxınlarda qonşu şəhərdə İŞİD yaraqlılarının törətdiyi hücuma bənzəyir.

İŞİD hücumlarının intensivləşməsi terrora qarşı mübarizə səylərinə kömək məqsədi ilə ABŞ hökumətinin İraqa əlavə 560 nəfərdən ibarət əsgəri qüvvə səfərbər etməsinə səbəb olub.

İŞİD-in ötən həftə törətdiyi iki intiharçı hücumunda 300-dən çox adam həyatını itirib.

XS
SM
MD
LG