Accessibility links

İŞİD kimyəvi silahlardan istifadə edib


ABŞ alman rəsmilərinin məlumatına əsasən İslam Dövləti yaraqlılarının bu həftənin əvvəli İraqda kürd döyüşçülərinə qarşı hücumda kimyəvi silahdan istifadə edib-etmədiyini araşdırır.

Kürdlərə təlim keçən Almaniyanın Müdafiə Nazirliyi deyib ki, çərşənbə günü İslam Dövləti qrupu ilə döyüş zamanı 60 Peşmərgə döyüşçüsü kimyəvi silahlardan aldıqları xəsarətlərdən əziyyət çəkir.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Alistair Baskey bildirib ki, Vaşınqton hücumla bağlı ətraflı məlumat toplayır.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer deyib ki, ABŞ iddiaları araşdırır.

Digər ABŞ rəsmiləri islamçı ekstremistlərin hücumu həyata keçirdiklərini ehtimal edir.

The Wall Street Journal adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirib ki, Vaşınqtonun yaraqlıların Suriyada əldə etdikləri ehtimal edilən xardal qazından hücumda istifadə etdiyinə dair etibarlı məlumatı var.

ABŞ rəsmisi Peşmərgə döyüşçülərinə qarşı hücum barədə əlavə məlumat verməyib.

XS
SM
MD
LG