Accessibility links

Fransua Olland: İslam Dövləti qlobal cavab tələb edən beynəlxalq təhlükədir


Fransa prezidenti Fransua Olland deyib ki, İslam Dövlətinin yaraqlıları qlobal cavab verilməli beynəlxalq təhlükəyə səbəb olur.

Parisdə keçirilən "İraqda sülh və təhlükəsizlik" konfransında İraq prezidenti Fuad Məsum ilə birgə çıxış edən cənab Olland deyib ki, “vaxt itirmək olmaz.”

Görüşə təxminən 30 ölkənin rəsmiləri ilə yanaşı, BMT, Avropa Birliyi və Ərəb Liqası nümayəndələri də qoşulub.

Bu, İraqın qərbi və şimalında, Suriyanın isə şərqində geniş əraziləri ələ keçirən İslam Dövləti qrupuna qarşı döyüşmək üçün koalisiya yaratmaq istiqamətində ən yeni cəhdlərdən biridir.

ABŞ dövlət katib Con Kerri Yaxın Şərqdə liderlərlə bir neçə gün görüş keçirdikdən sonra konfransa qoşulub.

O, deyib ki, döyüşlərə qoşulmağa hazırlaşan ölkələrin sayı artmaqda davam edir. Bir neçə ərəb ölkəsi lazım gəldiyi təqdirdə, İŞİD-ə havadan zərbələr endirmək üçün hərbi təchizat təklif edir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG