Accessibility links

İŞİD girovların geri qaytarılması qarşılığında qeyri-müəyyən tələblər qoyub


Çinin xarici işlər naziri deyib ki, hökumət İŞİD yaraqlılarının Çin vətəndaşını oğurlamasını araşdırır.

Bu şərh yaraqlı qrupun veb səhifəsində iki nəfərin şəklini bölüşərək, onların azad edilməsi qarşılığında qeyri müəyyən tələblər irəli sürməsindən bir gün sonra verilib.

Onlardan biri 50 yaşlı çinli, digəri isə 48 yaşlı norveçdir.

Norveç İŞİD-in girovu geri qaytarmaq qarşılığında qoyduğu tələbləri rədd edir. Norveçin baş naziri onun yanvar ayında oğurlandığını deyir.

“Hökumət bu məsələyə olduqca ciddi önəm verir. Biz terrorçu qrup və cinayətkarların bizə təyziq göstərməsinə imkan verməyəcəyik. Norveç terrorçuların tələblərinə əməl etməyəcək. Biz prinsiplərimizə sadiq qalırıq”- deyə baş nazir bildirib.

Məlumatda onların nə zaman oğurlandığı və harada saxlandığı deyilmir.


XS
SM
MD
LG