Accessibility links

"ABŞ prezidentliyinə namizədlər islam ekstremizmi məsələsini gündəmə gətirməlidir"


Son rəy sorğularının nəticələrinə görə, ABŞ prezidentliyinə demokrat və respublikaçı namizədlər islam ekstremizmi məsələsini gündəmə gətirməlidirlər.

Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğularda iştirak edən respublikaçı tərəfdarlarının 65 faizi hesab edir ki, Barak Obamanın xələfi islam ekstremizmi haqda kəskin çıxışlar etməlidir. Demokratların tərəfindən olanların 70 faizi gələcək prezidentin bu mövzuya ehtiyatla yanaşmalı olduğunu düşünür.

Amerikalıların yarısı bildirib ki, növbəti prezident ekstremizdən danışarkən islamı pisləməməlidir.

Ötən ay keçirilən sorğularında respondentlərin yarısı müsəlman amerikalıların Amerika əleyhinə olduqlarına inandıqlarını bildirib.

Daha əvvəlki sorğularda amerikalıların yarısı digər dinlərlə müqayisədə islamın zorakılığı təbliğ etdiyini demişdi. Eyni sayda adam Amerikada islam ektremizminin artacağından ehtiyat etdiyini bildirmişdi.

XS
SM
MD
LG