Accessibility links

ABŞ qoşunları suriyalı üsyançılara təlim keçəcək


ABŞ İslam Dövləti qrupuna qarşı döyüşən mötədil Suriya üsyançılarına təlim keçmək üçün 400-dən çox qoşun göndərməyi planlaşdırır.

Defense One veb səhifəsinin yaydığı məlumata görə, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının rəsmiləri təlim sessiyalarının keçirilməsi üçün lazımi şərait yaradılacağını vəd edib.

ABŞ hökuməti təlimlərdə iştirak edəcək əsgərlərin haradan göndəriləcəyi barədə məlumat verməyib.

Təlim proqramı hava hücumları ilə yanaşı, Suriyada yerli qüvvələri möhkəmləndirmək və İslam Dövləti qrupunun döyüşçülərini geriyə çəkilməyə məcbur etmək üçün prezident Barak Obamanın uzun müddətli planının bir hissəsidir.

XS
SM
MD
LG