Accessibility links

İslam Dövləti qrupunun Əfqanıstandakı fəaliyyəti


İslam Dövləti adlı terrorçu qrup 2015-ci ildən bəri şərqi Əfqanıstanı viran edib. Onlar hökümət binaları və kəndlərə hücumlar edib, yüzlərlə adamı öldürüb və ya qaçırdıblar, məktəbləri dağıdıb, onları İŞİD-in dini seminariyaları ilə əvəzləyiblər. Qrup həmçinin ölkənin paytaxı Kabildə onlarla ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Burada İŞİD-in Əfqanıstanda necə fəaliyyət göstərdiyinə nəzər salırıq:

İslam Dövləti qrupu Əfqanıstanda nə zaman yarandı?

Suriya və İraqdan yayılan və Mərkəzi Asiyada artan militantlığın verdiyi təkan ilə İslam Dövləti qrupu Əfqanıstan-Pakistan regionunda əməliyyatlarına iki il əvvəl İslam Dövlətinin Xorasan vilayəti adı (İS-X) altında başladı. Bu ad Əfqanıstan və yaxınlıqdakı İran və Mərkəzi Asiyanın əsrlər öncəki təsvirinə istinaddır.

İS-X-nin təsisçisi keçmiş pakinstanlı Taliban komandiri Hafiz Səid Xan, 2015-ci ilin yanvar ayında çəkilən videoda Əfqanıstan-Pakistan regionunda müxtəlif alt-regionları təmsil edən digər 10 militant komandiri ilə birlikdə İslam Dövlətinə sədaqətini bəyan edib.

İS-X-nin üzvləri kimlərdir?

ABŞ və Əfqanıstan rəsmilərimə əsasən, İS-X döyüşçülərinin əksəriyyəti Pakistanın Taliban qrupunun keçmiş üzvləridir. Onların çoxu Pakistandakı Orokzai qəbiləsinə mənsubdur. Əfqanıstanda daha öncə Əl-Qaidə və Talibana bağlı olan bir sıra mərkəzi asiyalı militant İslam Dövlətinə qoşulub. Bəzi əfqan militantlar isə İS-X sıralarına maddi mənfəətlər səbəbilə qoşulub.

İS-X harada qərargahlanııb və Əfqanıstana hansı əraziləri ələ keçirib?

Nangahar əyalətinin cənubunda qərargahlanan İS-X Əfqanıstan və Pakistanın dağlıq ərazilərində fəaliyyət göstərir. Qrup həmçinin fəaliyyətini qonşu Kumar əyalətinə də genişləndirib, amma orada çox az sayda əməliyyatlar keçirib.

İS-X-nin təxminən neçə üzvü var?

ABŞ-ın Əfqanıstanda başçılıq etdiyi Sarsılmaz Missiyanın bildirdiyinə görə, ötən il Əfqanıstanda 3 min İS-X üzvü var idi. Lakin bu il döyüşçülərin sayı bir neçə yüzə endirilib.

ABŞ-Əfqanıtan qüvvələri İS-X-a qarşı necə mübarizə aparır?

Amerika və Əfqanıstan qüvvələri terrora qarşı birgə əməliyyatlar aparır. ABŞ qüvvələri İS-X-ə qarşı mübarizədə iki tərəfli yanaşmaya sahibdir.

“Birincisi Azadlıq Əməliyyatı adlı ABŞ-ın terrora qarşı apardığı birtəfəfli mübarizə missiyasıdır ki, bu missiya çərçivəsində biz İŞİD-Xorasan kimi terrorçu qruplara qarşı təkbaşına əməliyyatlar aparacağıq. İkincisi isə Əfqanıstanın xüsusi qüvvələri ilə apardığımız əməliyyatlarla İS-X-ə qarşı həyata keçirdyimiz hücumlardır”, deyə Kabildə fəaliyyət göstərən Sarsılmaz Dəstəyin sözçüsü Bill Sarvin bildirir.

İS-X məğlubmu olur?

ABŞ-ın başçılığı ilə NATO rəsmiləri və Əfqanıstan hökümətinin üzvləri deyir ki, onların son aylarda həyata keçirdiyi təhlükəsizlik əməliyyatları nəticəsində İS-X döyüşçülərinin sayı 1000-dən aşağıya düşüb, onların nəzarət etdikləri ərazilərin sayı isə 10 vilayətdən 5-ə enib.

Pentaqon rəsmiləri deyir ki, onlar İslam Dövlətinin Əfqanıstandakı lideri Əbdül Həsibinin cümə günü Nanagahar vilayətinin Açin rayonunda üç saat davam edən döyüşdə həlak olduğunu təxmin edirlər.

Rəsmilər bundan əlavə 35 İslam Dövləti döyüşçüsünün öldürüldüyünü bildirir.

Hasib ABŞ və Əfqanıstanın regionda birgə apardığı təhlükəsizlik əməliyyatları zamanı öldürülən yenə İslam Dövləti komandiri deyil. Bundan əlavə terrora qarşı aparılan hava hücumları zamanı İS-X-nin lideri Səid Xan daxil olmaqla bir neçə komandir ölüb.

Lakin döyüş meydançasındakı məğlubiyyətlərinə baxmayaraq, İS-X Kabil və ölkənin digər yerlərində hücumlar həyata keçirməyə davam edir.

ABŞ və Əfqanıstan qüvvələri ölkədəki ekstremist qrupları bu il məğlub etməyə qərarlı olduqlarını deyir.

“2017-ci ildə məqsədimizin Əfqanıstanda İS-X-ni məğlub etməkdir”, deyə Salvin bildirib.

Bu ay ABŞ-ın Hava Qüvvələri İS-X-nin Nangaharın Açin rayonundakı istinadgahına nəhəng bomba ataraq, 95 İslam Dövləti döyüşçüsünün ölümünə səbəb olub. Onların əksəriyyəti xarici döyüşçülər idi.

XS
SM
MD
LG