Accessibility links

İslam Dövləti qrupunun yaraqlıları 90 Assuriya xristianını girov götürüb


Fəalların bildirdiyinə görə, İslam Dövləti qrupunun yaraqlıları Suriyanın şimal-şərq bölgəsində Assuriya xristianlarının yaşadıqları kəndlərdə keçirdikləri reydlər zamanı azı 90 nəfəri girov götürüb.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu yaraqlıların Hassaki vilayətindəki Tal-Şamiram və digər Assuriya kəndlərini ələ keçirdikdən sonra insanları girov götürdüklərini bildirib.

Assuriya xristianlarının oğurlanması bazar ertəsi kürdlərlə İslam Dövləti qrupunun yaraqlıları və kürd döyüşçülər arasında döyüşlərinin ardınca baş verib. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumlarının yardımı ilə kürd döyüşçülər İraqla sərhəddəki bölgədə irəliləyişə nail olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG