Accessibility links

Afrikadan İspaniyaya yollanan 200-dən çox miqrant xilas edilib


Afrikadan İspaniyaya keçmək istəyən 200-dən çox miqrant çərşənbə günü İspaniya sahil mühafizəçiləri tərəfindən xilas edilib.

Hadisə İtaliya rəsmiləri ilə İspaniyada qeydiyyatdan keçmiş xüsusi xilasetmə gəmisi arasında uzun müddətdir davam edən mübahisədən sonra 15 miqrantı daşıyan İspaniya gəmisinin İtaliya sahilinə gəlməyə hazırlaşdığı bir vaxtda təsadüf edir.

Sahil mühafizəçilərinin cümə axşamı bildirdiyinə görə, Səhraaltı Afrika ölkələrindən gələn miqrantlar Alboran dənizində, Mərakeşin şimal-şərqi ilə İspaniyanın cənub-şərqi arasında üç bərədə tapılıb. Mühafizəçilər onların Almeriya və Malaqaya aparıldığını bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il bu günə qədər İspaniyaya 18min 18 miqrant gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz azdır.

BMT-nin məlumatlarında deyilir ki, Yaxın Şərqdən və Şimali Afrikadan Avropa İttifaqı ölkələrinə dəniz yolu ilə gələnlərin sayı 2015-ci ildə 1 milyon nəfər idisə, keçən il 141 min 500 nəfər olub. 15 min insanın isə təhlükəli dəniz sularında öldüyü və ya itkin düşdüyü təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG