Accessibility links

İspaniyada xarici tələbələri daşıyan avtobus qəzaya uğrayıb


İspaniyada Barselona və Valensiya şəhərləri arasında sürətli yolda xarici tələbələri daşıyan avtobusun qəzaya uğraması azı 13 nəfərin ölümünə səbəb olub.

Hadisə zamanı 34 nəfərin xəsarət aldığı, onlardan 28-nin xəstəxanaya aparıldığı bildirilir. Avtobusdakı xarici tələbələrin çoxu Erasmus mübadilə proqramının iştirakçıları olub. Onların Valensiya şəhərində keçirilən məşhur Fallas atəşfəşanlıq festivalından qayıtdığı deyilir.

Tələbələrin Britaniya, Almaniya, Çex Respublikası, Yeni Zelandiya, Yaponoiya və Fələstin də daxil olmaqla onlarla ölkədən olduğu bildirilir.

Rəsmilər Tortosa şəhərində polis məntəqəsində saxlanılan avbtobus sürücüsünün spirtli içki və narkotik maddələr testlərinin mənfi nəticə verdiyini bildirib..

Hər il Valensiya şəhərində keçirilən Fallas festivalına dünyanın hər yerindən minlərlə turist toplaşır.

XS
SM
MD
LG