Accessibility links

Barselonada hücum qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib


Cümə günü minlərlə insan Barcelonanın mərkəzi meydanında iki maşın hücumu qurbanlarının xatirəsini bir dəqiqəlik sükut ilə anıb.

İspaniyanın kralı və baş naziri də Plasa de Katalunyada keçirilən anım mərasimində iştirak edib. Baş nazir Mariano Rahoy üç günlük milli matəm elan edib.

Hadisə cümə axşamı Barselonada Las Rambas bulvarında baş verib. Hücumçu maşını insanların üzərinə sürərək, 13 nəfəri öldürüb, 100 nəfəri yaralayıb.

Sürücü maşından enərək, hadisə yerindən qaçıb. Onun axtarışları hələ davam edir. Polis cümə günü iki nəfəri həbs edib. Onlardan biri mərakeşli, digəri isə ispandır. Lakin onların hadisə ilə nə cür əlaqəsi olduğu hələ ki, məlum deyil. Bundan əlavə cümə günü Kataloniyanın Ripoll şəhərində üçüncü şəxs həbs olunub.

Hücumdan bir neçə saat sonra Barselonanın cənubunda yerləşən Kabril kurortunda bir avtomobil piyadalarla polis maşınının üstündə sürülüb. Polis beç hücumçunu öldürüb. Onların üzərində partlayıcı kəmərlərin olduğu bildirilir. Lakin daha sonra bu partlayıcıların saxta olduğu məlum olub. Hadisə nəticəsində beş mülki şəxs və bir polis zabiti yaralanıb.

Cümə günü Kataloniyanın daxili işlər naziri Xaoakim Forn bu hücumun “Barselonadakı hücuma bənzədiyini və iki hücum arasında əlaqənin olduğunu deyib, lakin əlavə məlumat verməyib.

“Onlar qatildirlər, cinayətkardırlar, amma bizi vahimələndirə bilməyəcəklər. Bütöv İspaniyanın ürəyi Barselonayladır”, deyə İspaniyanın kral ailəsi bəyanatında bildirib.

Polis hücumçuların çərşənbə günü Kataloniyada yerləşən binada baş verən partlayışa görə də məsuliyyət daşıdığına inanır. Partlayış nəticəsində bir nəfər həlak olub. Rəsmilər binadakı insanların terror hücumunda istifadə etmək üçün bomba hazırladıqlarına inanır.

Baş nazir Rahoy maşın hücumunu “cihadçı terror” adlandırıb.

XS
SM
MD
LG