Accessibility links

Kabildə hücum


İspaniya hökumətinin bildirdiyinə görə, Kabilin diplomatik ərazisində hücum ikisi ispan polisi olmaqla, altı nəfərin ölümü ilə nəticələnib.

İspaniyaya qarşı hücumun məsuliyyətini Taliban üzərinə götürüb. Maşına yerləşdirilmiş bomba partlayışı atışma ilə müşayiət edilib. Dünəndən başlayan qarşıdurma təhlükəsizlik qüvvələri tərəfindən bütün hücumçuların öldürülməsinədək davam edib.

İspaniya səfirliyi yaxınlığında baş verən hücum dörd əfqan polisinin ölümünə səbəb olub. Bir neçə adam xəsarət alıb.

Talibanın sözçüsü Zabihullah Mucahid Amerikanın Səsinə bildirib ki, hücumun hədəfi hərbi əməliyyatlar və kəşfiyyat məlumatlarının bölüşdürüldüyü qonaq evi olub.

Şahidlər üç nəfərin hücumu həyata keçirdiyini bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi zorakılıqlara baxmayaraq, Amerikanın Əfqanıstanda bütün tərəflər arasında barışıq əldə edilməsi üçün səylərini davam etdirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG