Accessibility links

İspaniyanın baş naziri Kataloniyaya ultimatum verib


Hazırda İspaniyada onillər öncə baş verən çevriliş cəhdindən sonra ən böyük siyasi böhran yaşanır. Bu gün isə ölkədə hər il keçirilən milli gün qeyd olunub.

Cümə axşamı əllərində bayraq dalğalandıran ispanlar Madridin küçələrinə axışıb. Birlik tərəfdarları bayram münasibətilə keçirilən hərbi paraddan istifadə edərək Kataloniya regionun müstəqillik elan etmək cəhdləri fonunda birlik nümayiş etdirib.

İspaniyanın baş naziri Mariano Rahoy
İspaniyanın baş naziri Mariano Rahoy

Zəngin regionun ayrılmaq istəyi İspaniyada 1981-ci ildə baş verən hərbi cəhddən bəri ən pis böhrana səbəb olub.

Çərşənbə günü baş nazir Mariano Rahoy Kataloniya prezidenti Karl Puigdemonta ultimatum verərək, bazar gününədək rəsmi olaraq müstəqillik elan edib etmədiyinə açıqlıq gətirməsini tələb edib.

Əgər Puigdemont Kataloniyanın müstəqilliyini elan etdiyini təsdiqləsə, Rahoy bir neçə gün ərzində İspaniya konstitusiyasının 155-ci maddəsindən isitfadə edərək, Kataloniyanın yarı-muxtar statusunu ləğv edəcək və region üzərində birbaşa nəzarətini elan edəcək.

Kataloniyanın prezidenti Karl Puigdemont
Kataloniyanın prezidenti Karl Puigdemont

Katalanların əksəriyyəti oktyabrın 1-də keçirilən referendumda İspaniyadan ayrılmaq lehinə səs verib. Puigdemont çərşənbə axşamı regionun parlamenti önündə etdiyi çıxışında Kataloniyanın müstəqilliyini elan edib, lakin separatçılar ilə Madrid höküməti arasında danışıqların aparılmasına imkan yaratmaq üçün müstəqilliyin həyata keçirilməsini bir neçə həftə təxirə salıb.

Bunun İspaniyaya təsirləri böyük olacaq. Kataloniya ayrılsa, ölkə iqtisadi məhsulunun beşdə birini, ixraclarının isə 25 faizini itirə bilər.

XS
SM
MD
LG