Accessibility links

İspaniya lideri ölkədə fövqəladə vəziyyət rejiminin daha iki həftə uzadılmasını istəyir


İspaniyanın baş naziri çərşənbə günü parlament qarşısına çıxaraq, hökumətdən ən azı 27 min insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin uzadılmasını istəyib.

Bazar günü sona çatacaq iki həftəlik fövqəladə vəziyyət beşinci dəfə uzadılmalı olacaq. Hökumət fövqəladə vəziyyəti iyunun 7-nə qədər uzatmaq istəyir.

"Getdiyimiz yol virusu məğlub edə biləcək yeganə yoldur" - deyə, baş nazir Pedro Sançes yoluxma riskinə görə palataya gələn yalnız bir neçə üzv qarşısında danışarkən bildirib.

"Fövqəladə vəziyyət rejimini dəstəkləyən bütün parlament üzvlərinə təşəkkür edirəm, çünki onların səsləri ilə minlərlə insanın həyatı xilas edilib" - deyə, baş nazir əlavə edib.

Martın 14-dən, milli təcrid başlayandan bəri İspaniya son bir həftə ərzində COVID-19 virusuna yoluxma nisbətini 20 faizdən 1 faizə endirib. İspaniyanın laboratoriyalarında 230 mindən çox yoluxma halı təsdiq edilib.

Sançez İspaniyada məhdudiyyətlərin azaldıldığı və iqtisadiyyatın işə başladığı bir vaxt səhiyyə vəziyyətinə nəzarətin sərt və mərkəzləşdirilmiş bir şəkildə davam etdirilməli olduğunu deyib. Madrid və Barselona istisna olmaqla, ölkənin əksər hissəsində kiçik mağazalar yenidən açılıb.

Sançesin azlıq təşkil edən sosialistlər və sərt iqtisadi tədbirlər əleyhinə olan partiyadan ibarət hökumətinin Vətəndaş Partiyası və regional Bask partiyasının dəstəyini əldə etməsi ilə səsvermədə səs fərqinin yaxın olacağı gözlənilir.

Sançesə dəstək hökumətə karantin rejimi üçün əsas şərtlər olan azad hərəkət və yığıncaqlar keçirilməsi kimi konstitusion hüquqların məhdudlaşdırılması səlahiyyəti verən fövqəladə vəziyyət rejiminin uzadılması üçün ilə hər dəfə zəifləyir. Aparıcı mühafizəkar müxalif Xalq Partiyası və ifrat sağçı Vox Partiyası səsverməyə "yox" deyəcəyini bəyan etmişdi.

Hər iki partiya hökuməti ölkənin səhiyyə sistemini çökdürə biləcək pandemiyanın nəticələrinə görə məsuliyyət daşımaqda günahlandırır.

XS
SM
MD
LG