Accessibility links

İspaniyada koronavirusdan ölənlərin sayı azalır


İspaniyada koronavirusdan ölənlərin sayı bir gün əvvəl 567 idisə, bu gün 523-ə düşüb. Səhiyyə Nazirliyi ölkəyə qoyulan sərt məhdudiyyətləri bir az yüngülləşdirməyə imkan verə biləcək sınaqlara başlandığını bildirib.

Ölənlərin ümumi sayı 18.579 olan İspaniya ölənlərinin sayının daha çox olduğu ABŞ və İtaliyadan sonra dünyada koronavirusdan ən çox zərər çəkən ölkələrindən biri olaraq qalır. Hökumətin ölüm və yoluxmaların azalması üçün işlər gördüyünə dair sübutlar var.

Nazirlikdən verilən məlumata görə, yoluxma halları aprelin 15-də 172 541-dən 177 633-ə yüksəlib.

Baş nazir Pedro Sançez hazırda xəstəliyin yayılmasını daha sərt şəkildə nəzarətdə saxlamaq və mart ayının ortalarından bəri evlərində qalan əksər ispanları bu tıxacdan qurtarmaq üçün bir strategiya üzərində səylərin davam etdirildiyini bildirib.

Məhdudiyyətlərin yüngülləşdirilməsi bu həftə bəzi zəruri olmayan müəssisələrdə işlərii bərpasına imkan verib.

“Bir qrup qurum testlərin sayını artırmaq üçün səy göstərir. İspaniyada testlərin sayı artır " - deyə, Sançez parlamentin demək olar ki, boş zalında bildirib.

Rəsmilər məhdudiyyətlərin qaldırılması üçün yüngül və ya simptomları olmayan daşıyıcıları tapmaq üçün testlərin artırılmalı olduğunu deyir.

Keçən həftə hökumət kütləvi testlər keçirəcəyini və virusun yayılma sürətini ölçmək üçün üç həftə ərzində 60 000 təsadüfi seçilmiş insanın test ediləcəyini deyib. Hökumət bu testlərin koronasvirusa yoluxan insanlarda immunitetin yaranıb-yaranmadığını müəyyən etmək üçün edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG