Accessibility links

Mehmanxalar qapılarını xəstələrə açır


Mehmanxalar qapılarını xəstələrə açır
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Koronavirus qorxusu ilə turistlərin səyahət etməməsi ilə boş qalan mehmanxanalar İsraildə xəstələr çün açılıb. İsrailin bu addımını 47 milyon insanın qismən bağlı saxlayan İspaniya da nəzərdən keçirir .

İsrail koronavirus xəstələri üçün boş otelləri sağalma məkanı elan edib.

"Biz İsraildə ilk mehmanxananı sağalma məkanı kimi açırıq. Üzə çıxarılan xəstələr burada yerləşdiriləcək" - deyə, İsrailin müdafiə naziri Naftali Bennett bildiri.

Dan Panorama da daxil olmaqla, iki mehmanxana xəstə qəbul edir. Digərləri də qapılarını virusa yoluxanlara açmağı planlaşdırır.

Bir çox insanda virus simptomları yüngül keçir.

Lakin COVID-19 yaşlı və sağlamlıq problemi olan insanlar üçün öldürücü ola bilər.

"Memanxanalar orta simptomlu xəstələri, xüsusi müalicəyə ehtiyacı olmayanları qəbul edəcək. Orada tibb işçiləri xidmət göstərəcək. Lakin 1, 2, 3 və ya 10 gün ərzində simptomlar ağırlaşsa, onlar xəstəxanaya köçürüləcək. Bura xəstəxana deyil" , nazir deyib.

İsraildə 300-ə yaxın koronavirus halı təsdiqlənib. Göstəricilərin artacağı təxmin edilir. Ölənlərin də saynın artacağından ehtiyat edilir.

Bu arada İspaniyada COVID-19-a yoluxma halları misilsiz dərəcədə artıb. Mehmanxanalar isə demək olar ki, boşdur.

İspaniya rəsmiləri boş otellərdən xəstələrin sağalması üçün istifadə etməyi nəzərdən keçirir.

Ölkədə 11 mindən artıq insanın virusa yoluxduğu və 490-dan çox adamın bu xəstəlik səbəbi ilə həyatını itirdiyi təqdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG