Accessibility links

Kumbre-Vieja vulkanı minlərlə insanı evlərini tərk etməyə məcbur edib


Kumbre-Vieja vulkanı minlərlə insanı evlərini tərk etməyə məcbur edib
please wait

No media source currently available

0:00 0:01:54 0:00

İspaniyanın Kanar adalarındakı Kumbre-Vieja vulkanının minlərlə insanı evlərini tərk etməyə məcbur etməsindən bir həftə sonra püskürmə hələ də davam edir. Yerli bir hava limanı yenidən açılsa da, uçuş xətlərinin küllərlə dolu olması və havanın tutqun olması səbəbindən təyyarələr hələ qalxmır.

Dron vasitəsi ilə çəkilən görüntülərdə Kumbre Vieja vulkanı lavasının Kanarın La Palma adasına doğru axdığını görmək olub. Kosmosdan peyk görüntüləri də püskürməni göstərib.

Bazar günü Roma Papası Frensis vulkanın səbəb olduğu fəlakətdən danışıb. "Püskürmənin təsirlərinə məruz qalan insanlara həmrəyliyimizi bildirirəm. Xüsusilə də evlərini tərk etmək məcburiyyətində qalanları nəzərdə tuturam. Əziyyətlərlə üzləşən bu insanlar və xilasedicilər üçün Müqəddəs Madonnaya dualar edirik" - deyə, Roma Papası bildirib.

İspaniya Milli Coğrafiya və Mədənçilik İnstitutu dronların öz ağırlığı altında çökən vulkanın konusunu çəkdiyini bildirib.

La Palmada 83 mindən çox insan yaşayır və keçən həftə lavanın evlərini ağuşuna almasından bəri təxminən altı min insan evakuasiya edilmək məcburiyyətində qalıb. Yerli idman kompleksi kimi yerlərdə yemək və paltar ianə etmək üçün mərkəzlər yaradılıb.

Hava limanı bazar gününə qədər bağlı olduğu üçün bərə terminalı adanı tərk etmək istəyən insanlarla dolu olub. Uçuş-eniş zolağı və səma püskürmənin külünə qərq olduğu üçün hələlik təyyarələr yerdə qalmalı olub.

Rəsmilər vulkan püskürməsi nəticəsində ölənlərin və ciddi yaralanmaların olmadığını bildirsələr də, vulkanın adanın banan məhsullarının 15 faizinin risk altında qoya bilər ki, bu, həmin sənayedən asılı olan minlərlə insanı təhlükə qarşısında qoya bilər.

Fermerlər dənizə axan lavanın bütün bölgənin suvarma borularını sıradan çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG