Accessibility links

İsrail Rəfaha əlavə qüvvələrinin daxil olacağını bildirib


İsrailin müdafiə naziri Yoav Qallant cümə axşamı ofisindən verilən açıqlamada Qəzzanın cənubunda hərbi əməliyyatlar şiddətləndiyi bir vaxt, Rəfaha əlavə Israil qüvvələrinin daxil olacağını bildirib.

Qallantın dediyinə görə, Rəfah bölgəsinə "əlavə qüvvələr daxil olacağı üçün əməliyyat davam edəcək".

O, "Ərazidəki bir neçə tunel qoşunlarımız tərəfindən dağıdılıb. Bu fəaliyyət daha da güclənəcək" deyə, əlavə edib.

"HƏMAS yenidən təşkil edilə bilən bir təşkilat deyil. Onun ehtiyat qoşunları, ehtiyatda təchizatı və hədəf aldığımız terrorçuları müalicə qabiliyyəti yoxdur. Nəticə odur ki, biz HƏMAS-ı zəiflədirik" Qallant bildirib.

İsrailin əsas müttəfiqi ABŞ-ın mülki əhalinuin təhlükəsizliyi ilə bağlı narahatlıqlarına baxmayaraq, İsrail qüvvələri bu ayın əvvəlində Misirlə Rəfah sərhəd keçidinin Qəzza hissəsinin nəzarətini ələ keçirib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Rəfahda hərbi əməliyyatların intensivləşməsindən sonra oradan 600 min insan qaçıb. Bu arada isə BMT-nin məlumatına görə, Qəzzanın şimalında İsrailin son təxliyə əmrləri indiyədək azı 100 min insanı didərgin salıb.

Birləşmiş Ştatlar Rəfahdakı dinc sakinləri qorumaq üçün İsrailin etibarlı strategiyasının olmamasından narahatlığını ifadə edib. İsrail isə Qəzzanın cənubundakı şəhəri HƏMAS-ın son istehkamı kimi təsvir edir.

Misir hökuməti də İsrailin Rəfahdakı əməliyyatlarından narahatlığını ifadə edib. Misir prezidenti Əbdül Fəttah Əl-Sissi cümə axşamı deyib ki, İsrail Rəfah keçidinin Qəzza hissəsini ələ keçirərək, "Qəzza zolağındakı mövqeyini möhkəmlətməyə" çalışıb.

Bəhreyndə keçirilən Ərəb Liqasının sammitində çıxış edən Misir prezidenti İsraili atəşkəs danışıqlarını sabotaj etməkdə də ittiham edib. Misir İsrail və HƏMAS arasında əsas vasitəçilərdən biridir.

İsrail "atəşkəs səyləri ətrafında öz öhdəliklərini yerinə yetirməkdən yayınır və hiyləgər manevrlər etməkdə davam edir" - deyə, Əl-Sissi bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı prezident Co Baydeni İsrailə silah göndərməyə məcbur edən qanun layihəsini qəbul edib. Bayden İsrailin müharibədə mülki insanları qorumaq üçün yetərincə hərəkət etmədiyindən narahat olduğu üçün bomba tədarükünü təxirə salmağa çalışdı. Qanun layihəsinin qüvvəyə minməsi gözlənilmir. Lakin bu, ABŞ-da müharibəyə reaksiyası ilə bağlı siyasi fikir ayrılıqlarının olduğunu vurğulayır.

Müharibə HƏMAS-ın oktyabrda İsrailə İsrail rəsmilərinin dediyinə görə, 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən terror hücumundan sonra başlayıb.

Qəzza Səhiyyə Nazirliyininin məlumatına görə, İsrailin bunun ardınca Qəzzaya əks-hücumu 35,200-dən çox fələstinlinin ölümünə səbəb olub.

Forum

XS
SM
MD
LG