Accessibility links

İsrail arxeoloqları İsa Məsih dövründən qalan daha bir sinaqoq aşkar edib


İsrail arxeoloqları İsa Məsih dövründən qalan daha bir sinaqoq aşkar edib
please wait

No media source currently available

0:00 0:03:01 0:00

İsrail arxeoloqları İsa Məsih dövründən qalan daha bir sinaqoq aşkar edib

İsraildə belə bir məsəl var ki, haraya tüpürsən oradan bir arxeoloji xəzinə çıxır. İsrailin şimalındakı Qalileya dənizinin sahilində yerləşən, Xristian İncilinə görə, İsa Məsihin davamçısı olan Mariya Maqdalenanın doğulduğu Miqdal şəhərində də məhz bu baş verib. İsrail hökuməti dar bir yolu genişləndirmək istəyib. Lakin bundan öncə rəsmilər həmin yerdə arxeoloji əhəmiyyətli heç bir şeyin olmadığından əmin olmalı idi.

On il əvvəl israilli arxeoloqlar incillərdə ən çox adı çəkilən və İsa Məsihin davamçılarından biri olan Mariya Maqdalenanın vətəni Miqdalda mozaika döşəmələri və rəngli freskaları olan sinaqoq aşkar etmişdi. İndi isə hərəkətli yolun o biri tərəfində ikinci sinaqoq aşkar edilib. Bu, eyni yerdə İsa Məsih dövründən qalan ikinci sinaqoqdur. Hayfa Arxeologiya Universitetindən Dina Avşalom Qorni: “Biz Qüdsdə eramızın birinci əsrinə, İsanın və Mariya Maqdalenanın olduğu vaxta aid nəhəng bir ərazini aşkar edirik. Görüntülər çox kəskin, çox aydındır. Bu, çox vacib və çox həyəcanlı bir qazıntıdır”.

O zamanlar Qüdsdəki məbəddə yəhudilər dualar edir və qurbanlar verirdi. Miqdalda qazılmış bu iki sinaqoq da digər yerli sinaqoqlar kimi icma yığıncaqları və Müqəddəs Kitabı oxumaq üçün idi. “Biz iki min il əvvəlki bir sinaqoqda dayanmışıq, inanılmazdır“

Burada çox sayda yeni məlumatlar əldə edilib. Buradakı yəhudilərin məbəd və Qüdslə olan əlaqəsi. Bənzərsiz və gözəl olan daşın özü isə buradakı yəhudilərə, Qalileydəki icmaya Qüdsdəki məbəddən gətirilib”.

Bu, Miqdala adlanan qədim şəhəri əhatə edən böyük bir sahədir və arxeoloqların buranı ehtiyatla qazmaq üçün çox sayda işçiyə ehtiyacı var. Bu işçilərin, demək olar ki, hamısı əraziyə İordan çayının Qərb Sahilindən xüsusi icazələrlə gələn fələstinlilərdir. Fəhlə Kamal Samaiso: “Burada işləmək yaxşıdır, Allaha şükür, işçilər var, iş var və bura gözəl ərazidir. Bizə nə etməli olduğumuzu öyrətdilər və biz bu işdən həzz alırıq”.

İsrail qanunlarına görə, bütün tikinti layihələrindən əvvəl arxeoloji tədqiqat aparılmalıdır. Buna görə də təsadüfi şəkildə bir çox mühüm abidələr aşkar edilib və bu magistral yol kəsişməsində çalışan arxeoloqlar onların kəşflərinin qorunub saxlanacağına ümid edirlər. Arxeoloq Yehuda Qovrin: “İndi həm İsrail Avtomobil Yolları Şirkəti, həm də Qədim Əşyalar İdarəsi bir dilemma qarşısındadır. İndi nə edək, irəli gedirikmi? Biz hökuməti bu mühüm arxeoloji sahədən imtina etməyin mümkün olmadığına və magistral yolun planının dəyişməli olduğuna inandırmağa çalışırıq”.

Ənənə və müqəddəs kitabların onun bu ərazidə dini təbliğ etdiyini deməsinə baxmayaraq, arxeoloqlar indiyə qədər burada İsa Məsih haqqında birbaşa qeydlər tapmayıb. Və bəzi Müqəddəs Kitab tarixçiləri Mariya Maqdalenanın hətta bu sinaqoqu ziyarət etdiyinə inanır.

XS
SM
MD
LG