İsrail cümə axşamı bildirib ki, ABŞ-dan 8,7 milyard dollarlıq yardım paketi alıb. Paketə kritik hərbi satınalmalar üçün artıq alınmış və ayrılmış 3,5 milyard dollar daxildir. Daha 5,2 milyard dollar hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Dəmir qübbə” və “Davids Slinq” raketdən müdafiə sistemlərinin, eləcə də qabaqcıl lazer sistemlərinin alınması üçün nəzərdə tutulub.
İsrail hazırda iki cəbhədə - Qəzza zolağında HƏMAS qruplaşmasına və Livanda İranın dəstəklədiyi Hizbullah hərəkatına qarşı mübarizə aparır. Həm HƏMAS, həm də Hizbullah ABŞ tərəfindən terror təşkilatları elan edilib.
Yardımla bağlı açıqlama Pentaqonda İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir ilə ABŞ müdafiə rəsmiləri, o cümlədən müdafiə nazirinin siyasət üzrə müşaviri vəzifəsini icra edən Amanda Dori arasında aparılan danışıqlardan sonra elan verilib.
"Bu əhəmiyyətli investisiya “Dəmir Qübbə” və “Davids Slinq” kimi kritik sistemləri əhəmiyyətli dərəcədə gücləndirəcək, həmçinin hazırda inkişafın son mərhələsində olan qabaqcıl yüksək güclü lazer müdafiə sisteminin gələcək inkişafına dəstək verəcək", İsrail Müdafiə Nazirliyi bəyan edib.
Nazirlik bildirib ki, saziş xüsusilə də İran və İranın dəstəklədiyi silahlı qruplaşmaların regional təhlükəsizliyə yaratdığı təhdidləri ilə mübarizədə “İsrail və ABŞ arasında güclü və davamlı strateji tərəfdaşlığı, eləcə də İsrailin təhlükəsizliyə sarsılmaz sadiqliyini” vurğulayır.
Forum