Accessibility links

Fələstinlilərin raket hücumlarından sonra İsrail Qəzzə zolağına havadan zərbələr endirib


İsrail Fələstin ərazisindən atılan raketə cavab olaraq cümə günü Qəzza zolağına havadan zərbələr endirib. Atışma İsrail qüvvələrinin işğal olunmuş İordan çayının qərb sahilinə ölümcül reydindən sonra artan gərginlik fonunda baş verib.

İsrail ordusu bir neçə israillini güllələdiyi iddia edilən "İslami Cihad" militantlarını azı iki zərbə ilə hədəf aldığını bildirib.

Hər iki tərəf xəsarət alanlar barədə məlumat verməyib. İsrailin dediyinə görə, Qəzzadan atılan raketlərinin əksəriyyəti İsrailin müdafiə sistemləri tərəfindən vurulub.

Cümə günü baş verən qarşılıqlı atışma İsrailin cümə axşamı Cenindəki qaçqın düşərgəsinə 9 fələstinlinin ölümü ilə nəticələnən basqısı olub ki, bu da İordan çayının qərb sahilində son illərdəki ən qanlı günlərdən biri olub.

Qəzzadan atılan raketlərə görə məsuliyyəti üzərinə götürən olmayıb. Lakin həm "Həmas", həm də "İslami Cihad" cümə axşamı İsrailin İordan çayının qərb sahilinə etdiyi reydinə cavab verəcəklərini vəd edib.

Qarşıdurmalar İsrailin yeni sağçı hökumətinin fələstinlilərə qarşı sərt mövqeyi və fələstinlilərin dövlət qurmaq üçün ümid etdikləri torpaqlarda məskunlaşma işlərini sürətləndirməyi vəd etməsindən sonra başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG