Accessibility links

İsrail İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsini tərk edib


İsrail ordusu çərşənbə günü işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsini iki günlük mühasirəsinə son qoyub.

İsrail qüvvələrinin təxminən iyirmi il ərzində İordan çayının qərb sahilində apardıqları ən intensiv hərbi əməliyyat zamanı 12 fələstinli, 1 İsrail əsgəri öldürülüb. Hücum İsrailin son qətllərdə günahlandırdığı fələstinli yaraqlıları sıxışdırmaq məqsədi daşıyıb. İsrail əsgərləri hava zərbələri endirib, dar küçə və xiyabanları buldozerlərlə dağıdıb, bəzi evləri yerlə-yeksan edib.

Dağılmış yolların kənarında qırılmış asfalt, daş və qaya qalaqları qalıb. Maşınlar sındırılıb, yandırılıb, mağazalar bağlanıb. İşçilər qırılan elektrik xətlərini inşa edib, işıq yavaş-yavaş bərpa edilib. Eyni zamanda axar suda fasilələr yaranıb.

Fələstinin Səhiyyə naziri Mai Əl-Kaila "İşğalçı qüvvələr Cenin Dövlət Xəstəxanasına hücum edərək, içəridəki vətəndaşları ağır yaralayıb. Qüvvələr Əl-Əmal xəstəxanasını da bir neçə dəfə atəşə tutub, 1 nəfər yaralanıb" deyib.

Əl-Kaila bildirib ki, İsrail əsgərləri İbn Sina Mütəxəssis Xəstəxanasının ərazisinə zirehli maşınlarla basqın edib.

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin "terror anklavına qarşı hərtərəfli əməliyyatı" başa vurduğunu və gələcəkdə də oxşar missiyaların həyata keçiriləcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG