Accessibility links

İsrail HƏMAS-la müharibəyə başlamazdan əvvəl Hizbullah-ı vurmaq istəyib, lakin son anda bunu etməyib


İsrail HƏMAS-a qarşı müharibənin əvvəlində Livanın Hizbullah döyüşçülərinə önləyici zərbə endirməyə hazır olub, lakin son anda buna getməyib.

Keçmiş ordu rəisi və İsrailin hərbi kabinetinin üzvü Qadi Aysenkot cümə axşamı İsrailin Kanal-12 televiziyasına müsahibəsində planlaşdırılan zərbə planını və onun ləğvini təsdiqləyib.

Aysenkot zərbənin regional müharibəyə səbəb olacağına inandığını deyirdi. Ondan əlavə, keçmiş müdafiə naziri Benni Qantz da bu planın əleyhinə çıxıb.

Aysenkot deyib ki, oktyabrın 11-də keçirilən iclasda o, səsi batanadək bu hücuma qarşı çıxıb.

The Wall Street Journal-ın keçən ay verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden İsrail prezidenti Benyamin Netanyahuya zəng edərək bu məsələdə təmkin göstərməyi tövsiyə edib.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin cümə günü bildirdiyinə görə, İsrailin keçən gecə Qəzzanın cənubundakı Xan Yunis şəhərinə hava və artellüriya hücumları nəticəsində 77 nəfər ölüb, onlarla insan yaralanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Əl-Amal xəstəxanası yaxınlığına da bir neçə zərbə endirilib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Qəzzada səhiyyənin vəziyyətinin pisləşməsinın narahatlıqları artırdığını deyib.

Forum

XS
SM
MD
LG