Accessibility links

İsrailin Çindəki səfirliyi Pekini İsrailin yanında olmağa çağırıb


Çinin Xarici İşlər Nazirliyi bazar günü HƏMAS militantlarının İsrailə qəfil hücumuna cavab olaraq, bütün tərəfləri təmkinli olmağa çağırıb və Rusiyanın mövqeyini təkrarlayıb.

"Çin Fələstin və İsrail arasında gərginliyin və zorakılığın hal-hazırda artmasından dərin narahatdır. Biz tərəfləri sakit və təmkinli olmağa, mülki əhalini qorumaq, vəziyyətin daha da ağırlaşmasına yol verməmək üçün hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq" - deyə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

"Münaqişəyə son qoyulmasında əsas çıxış yolu iki dövlətlə bağlı həll yolu və müstəqil Fələstin dövlətinin yaradılmasıdır", sözçü əlavə edib.

İsrailin Pekindəki səfirliyinin rəsmisi bazar günü X sosial media platformasında Çinin HƏMAS-ı daha sərt şəkildə qınayacağını gözlədiyini yazıb.

"İnsanların küçələrdə öldürülən, qətliamın baş verdiyi bir vaxt, problemlərin həlli üçün iki dövlət çağırışı etmək vaxtı deyil", İsrailin Pekindəki səfirliyinin yüksək rütbəli rəsmisi Yuval Vaks bazar günü jurnalistlərə bildirib.

Çin Qəzzada HƏMAS-ı terror qruplaşması kimi tanımır və qrupu müqavimət təşkilatı kimi təsnif edir.

İsrailin Çindəki səfirliyi Pekini İsrailin yanında olmağa çağırıb.

"Biz həmçinin Çinin bu çətin anda İsraillə həmrəy olacağına və dəstək verə biləcəyinə ümid edirik" - deyə, səfirlik X sosial media platformasında yazıb.

Siyasi fikir ayrılıqları davam etsə də, Çin və İsrail arasında iqtisadi əlaqələr 1992-ci ildə diplomatik əlaqələr qurduqdan sonra, 30 il ərzində əhəmiyyətli dərəcədə genişlənib. Fikir ayrılıqlarına Fələstinlə bağlı məsələlər, Çinin İran kimi İsraillə pis münasibəti olan ölkəkərlə münasibətləri və İsrailin Çinə xüsusi texnologiya transferləri ilə bağlı təhlükəsizlik narahatlıqları daxildir.

Forum

XS
SM
MD
LG