Accessibility links

Qüdsdə inşaata dair səsvermə təxirə salınıb


FILE - A laborer stands on a synagogue under construction in the settlement of Ramat Shlomo November 4, 2014.
FILE - A laborer stands on a synagogue under construction in the settlement of Ramat Shlomo November 4, 2014.

Qüds rəsmiləri deyib ki, komitə Şərqi Qüdsdə zəbt olunmuş ərazilərində yüzlərlə yeni evin inşasına icazə verilməsinə dair planlaşdırılmış səsvermədi təxirə salıb.

Yaşayış Məskəni İnşası Planaşdırma Komitəsinin üzvü Hanan Rubinin sözlərinə görə, bu addım baş nazir Benyamin Netanyahunun xahişi ilə atılıb.

Bu gün ABŞ dövlət katibi Con Kerri İsrail-Fələstin sülh prosesi barədə baxışlarını bölüşməli və İsrailin BMT-dəki qətnaməyə dair ittihamlarına cavab verməlidir. İsrail BMT Təhlükəsizlik Şurasında yeni yaşayış məskənkərinin inşasına son qoyulmasına dair qəbul edilən qətnaməyə görə Birləşmiş Ştatları ittiham edir.

Təklifə görə, Ramot və Ramat Şlomo məhəllələrində 492 yeni tikili inşa edilməlidir. Bu əraziləri İsrail 1967-ci il müharibəsi zamanı ələ keçirib.

Bu gün ABŞ dövlət katibi Con Kerri İsrail-Fələstin sülh prosesi barədə baxışlarını bölüşməli və İsrailin BMT-dəki qətnaməyə dair ittihamlarına cavab verməlidir. İsrail BMT Təhlükəsizlik Şurasında yeni yaşayış məskənkərinin inşasına son qoyulmasına dair qəbul edilən qətnaməyə görə Birləşmiş Ştatları ittiham edir.

Ötən həftənin cümə günü qəbul edilən qətnamə İsrailin İordan çayının Qərb Sahilində və Şərqi Qüdsdəki tikintilərini qınayaraq bunu beynəlxalq qanunların kobud şəkildə pozulması kimi qiymətləndirib. Qətnamə habelə regional sülhün əldə olunması üçün inşaatın dərhal dayandırılmasına çağırıb.

Şura 14-0 nisbətində qətnaməni qəbul edib. ABŞ bitərəf qalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG