Accessibility links

İsrail xəstəxanası: COVID-19 peyvəndinin 4-cü dozası omikron variantının qarşısını almır


İsrail xəstəxanasının tədqiqatçılarının bildirdiyinə görə, ilkin nəticələr COVID-19 peyvəndinin dördüncü dozasının omikron variantının qarşısını almaq üçün çox az iş gördüyünü göstərib.

274 tibb işçisinə Pfizer-BioNtech və ya Moderna peyvəndinin dördüncü dozasını tətbiq edən Siba Xəstəxanası gücləndirici dozanın anti-cisimləri artırsa da, omikronun yayılmasının qarşısını almadığını bildirib.

"Bunlar çox ilkin nəticələrdir. Bu məlumat hələ nəşr edilməyib. Lakin biz bu məlumatı ictimaiyyətin dördüncü doza ilə bağlı hər hansı məlumatı əldə etməsinin vacibliyini başa düşdüyümüz üçün veririk" - deyə, xəstəxananın infeksiyaların qarşısının alınması və profilaktikası bölməsinin direktoru, doktor Gili Regev-Yoxay bazar ertəsi virtual mətbuat konfransı zamanı bildirib

İsrail 60 yaşdan yuxarı insanlara peyvəndin dördüncü dozasını təklif edib. İsrail əhalisini peyvənd edən və gücləndirici peyvəndlər təklif edən ilk ölkələrdən biri olub.

İsrail Səhiyyə Nazirliyinin direktoru, doktor Naxman Eş deyib ki, gücləndirici proqramın ümumi əhali üçün genişləndirilməsinə qərar verilərkən ən son məlumatlar nəzərə alınacaq.

Bazar ertəsi Yeni Zelandiya 5-11 yaşlar arasında uşaqlara Pfizer-in COVID-19-a qarşı pediatrik peyvəndini tətbiq etməyə başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 500 peyvənd mərkəzinə 120 mindən çox peyvənd çatdırılıb.

"İndi peyvənd etmək məktəbə qayıtmazdan əvvəl uşaqları qorumaq üçün əla bir yoldur", Oklandın COVID-19 peyvənd proqramının klinik direktoru, doktor Entoni Cordan deyib.

"Dəlillər uşaqlarda simptomlar daha yüngül olsa da, COVID-19-a yoluxan bəzi uşaqların ciddi xəstələnə biləcəyini və xəstəxanaya düşəcəyini göstərir. Peyvənd olunmaq həm də onların həssas ailə üzvlərinin yoluxmasının qarşısını ala bilər" - deyə, doktor Cordan əlavə edib.

Omikron dalğası Cənubi Amerika xəstəxanalarını da təhdid edir. Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Argentinada yanvarın 16-na qədər, bir həftə ərzində hər gün orta hesabla 112 min təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ölkənin özəl Tibb İşçiləri Federasiyası hazırda tibb işçilərinin təxminən 15%-nin virusa yoluxduğunun təxmin edildiyini bildirib.

Xəbər agentliyi Boliviya, Braziliya və Çilidəki xəstəxanaların da həddindən artıq yükləndiyini bildirib.

Honq Konqda polis Cathay Pacific hava yolları şirkətinin iki bələdçisini COVID-19 qaydalarını pozmaqda ittiham edib. Onların hər ikisi zaminə buraxılıb və gələn ay məhkəmə qarşısına çıxarılacaq. Onları 6 aya qədər həbs cəzası və 640 dollar cərimə ala bilər

Çin omikron variantının yayılması səbəbindən Pekində keçiriləcək Qış Olimpiya Oyunları üçün ictimaiyyətə bilet satmaq planlarını ləğv edib. Komitə biletlərin müəyyən qrup insanlara paylanacağını bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar ertəsi dünya boyu COVID-19-a 330 milyondan çox yoluxma, 5,5 milyon ölüm halının qeydə alındığını bildirib. Mərkəzin bildirdiyinə görə, dünya boyu təxminən 9,7 milyard peyvənd tətbiq edilib.

XS
SM
MD
LG