Accessibility links

Netanyahu Putinə Rusiyanın BMT-də"anti-İsrail mövqeləri" ilə bağlı narazılığını çatdırıb


İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı Moskvanın BMT-dəki nümayəndələrinin "anti-İsrail mövqelərini" tənqid edib.

Bu barədə İsrail hökumətinin bəyanatında bildirilib.

Putinlə telefon danışığı zamanı Netanyahunun həmçinin Rusiyanın İranla "təhlükəli" adlandırdığı əməkdaşlığı ilə bağlı "qəti şəkildə narazılığını" ifadə etdiyi bildirilib.

"İsrailin yaşadığı cinayətkar terror hücumu kimi hücuma məruz qalan hər bir ölkə İsraildən daha az sərt cavab verə bilməz" - deyə, İsrailin baş nazirinin ofisi onun sözlərinə istinad edərək bildirib.

Prezident Co Bayden sentyabrın 20-də Netanyahu ilə görüşü zamanı İranın heç vaxt nüvə silahı əldə etməməli olduğu düşündüyünü, İranın və onu dəstəkləyənlər tərəfindən gələn bütün təhdidlərə qarşı İsraillə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.

Noyabrın 2-də Minnesota ştatında seçkiqabağı tədbirdə Bayden İsrail və fələstinlilər arasında münaqişənin iki dövlət əsasında həllini dəstəklədiyini bir daha bəyan edib.

"Bu, bütün bunlar israillilər üçün çox çətindir. Bu, müsəlman dünyası üçün də çox çətindir. Mən iki dövlətli həllin tərəfdarıyam. Mən bunu əvvəldən dəstəkləmişəm," Bayden deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG