Accessibility links

İsrail qüvvələri Xan Yunis xəstəxanasında əməliyyat keçirib


İsrail ordusu cümə axşamı Qəzzanın cənubundakı əsas xəstəxanada əməliyyat keçirdiyini, Qəzzanın səhiyyə rəsmiləri isə İsrailin atəşi nəticəsində bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

"HƏMAS-ın Xan Yunisdəki Nasir xəstəxanasında girov saxladığına və həmin xəstəxanada bizim girovlarımızın cəsədlərinin ola biləcəyinə işarə edən etibarlı kəşfiyyat məlumatları var", İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

İsrail Müdafiə Qüvvələri HƏMAS döyüşçülərinin fələstinli dinc sakinlərdən canlı qalxan kimi istifadə etmələri ilə bağlı ittihamını bir daha təkrarlayıb və İsrail qüvvələrinin insanlara öz təhlükəsizlikləri üçün ərazidən uzaq durmaq barədə xəbərdarlıq etdiyini bildirib.

"Bizim mesajımız aydındır. Biz günahsız mülki şəxslərə xətər yetirmirik. Biz girovlarımızı tapıb evə gətirməyə çalışırıq. Biz HƏMAS terrorçularını gizləndikləri yerdə ələ keçirməyə çalışırıq", İsrail Müdafiə Qüvvələri bildirib.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin keçən həftə bildirdiyinə görə, İsrailin snayper atəşi bu bölgədəki insanların oranı tərk etməsinə mane olub. Həkimlər isə xəstəxanadakı vəziyyətin təhlükəsiz olmadığı barədə xəbərdarlıq edib.

Sərhədsiz Həkimlər təşkilatı evakuasiya əmrini pisləyərək, xəstəxanadakı işçilərinin xəstələri "imkansız şəraitdə" müalicə etdiklərini bəyan edib.

İsrail müharibə boyu insanların Qəzza zolağınnın bəzi hissələrini boşaltması əmri ilə bağlı praktikasını müdafiə edərək, xəbərdarlıqların fələstinli mülki əhalinin təhlükəsizliyi üçün olduğunu bildirib.

Dəfələrlə aparılan təxliyələr və müharibənin Qəzzanın şimalından cənuba doğru irəliləməsi Qəzza əhalisinin yarıdan çoxunu Misir sərhədi yaxınlığındakı Rəfaha sığınmağa məcbur edib.

Avstraliya, Kanada və Yeni Zelandiya cümə axşamı İsrail qüvvələrinin Rəfaha qurudan hücumu öncəsi fələstinlilər üçün beynəlxalq narahatlıq ifadəsinə qoşulan sonuncu ölkələr olub.

ABŞ prezidenti Co Baydenın Rəfaha hücuma qarşı olduğunu bildirməsindən bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron da İsrailin Baş naziri Benyamin Netanyahu ilə çərşənbə günü telefon danışığı zamanı oxşar narahatlıqlarını dilə gətirib.

Netanyahu Rəfaha hücumun nə vaxt başlayacağına dair heç nə deməsə də, çərşənbə günü ordusunun Qəzzada HƏMAS militantlarına qarşı mübarizəsini davam etdirəcəyini bildirib.

Forum

XS
SM
MD
LG