Accessibility links

İsrail BMT-nin qaçqınlar üçün sığınacağını atəşə tutub [Fotoqalereya]


BMT-nin Yardım Agentliyi İsrailin hücumunu pisləyib. Sözçü Kris Ginnes hücumu qınayaraq, yuxuda ikən uşaqlrın öldürülməsini qəbuledilməz adlandırıb.

Həmas atəşkəsi lazımsız media hoqqabazlığı kimi qiymətləndirib. İsrail isə atəşkəs müddətində ərazisinə 26 raket atıldığını iddia edir.

İsrail hərbi qüvvələrinin tankdan atdıqları mərmilər BMT-nin Qəzza zolağında qaçqınlar üçün istifadə etdiyi məktəbə düşərək, 15 nəfərin ölümünə səbəb olub.

100-dən çox adam yaralanıb.

Hücum bu gün səhər tezdən Qəzzanın şimalındakı Cəbaliyə qaçqın düşərgəsindəki məktəbə edilib. Bu məktəb BMT-nin üç həftədən çoxdur davam edən hücumlardan qaçaraq sığınacaq axtaran fələstinlilər üçün ayırdığı 85-ci bölgədir. BMT 200 mindən çox insanın həmin sığınacaqlara yerləşdirildiyini bildirib.

İsrail havadan və tanklardan hücumlar kampaniyasını davam etdirir. Bugünkü hücumlar zamanı 32 nəfər ölüb.

Fələstin rəsmiləri İsrailin iyul ayının 8-dən bəri davam edən hücumların çoxu mülki vətəndaş olmaqla, 1200 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG