Accessibility links

İsrailin hərbi təyyarələrinin Qəzzada reydləri zamanı 5 fələstinli yaraqlı öldürülüb


Əl-Qaidə ilə əlaqəsi olan Sələfilər qrupunun komandiri də ölənlər arasındadır

İsrailin hərbi təyyarələrinin Qəzza zolağından İsrail ərazisinə raket atmaqda şübhəli bilinən fələstinli yaraqlılarına qarşı keçirdiyi reydlər zamanı Əl-Qaidə ilə əlaqəsi olan Sələfi qrupunun başçısı da daxil olmaqla beş fələstinli öldürülüb.

Qəzzadakı həkimlərin bildirdiyinə görə, İsrailin ilk hava hücumu zamanı Sələfilərin komandiri Hişam Saidani qətlə yetirilib. Reyd zamanı həmçinin onunla birlikdə Qəzzanın şimalında motosiklet sürən daha bir yaraqlının da öldürüldüyü bildirilir.

Həkimlər İsrailin Qəzzanın cənubunda ikinci hücumu zamanı bir fəslətinli yaraqlının öldürüldüyünü, daha bir yaraqlının isə yaralandığını bildiriblər. Qəzzanın mərkəzində üçüncü reyd zamanı isə iki yaraqlının qətlə yetirildiyi deyilir. Reydlər nəticəsində bir neçə adam yaralanıbı

İsrail silahlı qüvvələri hücumun İsrail ərazisinə raket atmış, yan da bunu etməyi planlaşdıran Fələstin yaraqlılarının vurulduğunu bildirib. Bir neçə raket heç bir zərər dəymədən İsrail ərazisinə düşüb.

İsrailin nazirlər kabinetinin iclasında danışan Baş nazir Benyamin Netanayhu deyib ki, “qlobal cihad” hərəkatı israillilərin hədəf alınmasını intensivləşdirib. O bildirib ki, İsrail belə hücumların qarşısını almaq üçün cavab verəcək.
XS
SM
MD
LG