İsrail polisinin bildirdiyinə görə, bu gün Qüds yaxınlığındakı qəsəbəyə edilən silahlı hücum zamanı İsrail təhlükəsizlik qüvvələrinin 3 işçisi öldürülüb.
Rəsmilər Had-Adar qəsəbəsinə edilən hücum zamanı təhlükəsizlik qüvvələrindən birinin də yaralandığını bildirib.
Polis sözçüsü verdiyi açıqlamada deyib ki, hücumçu fələstinli işçilərlə birlikdə sərhəd-keçid məntəqəsinə saxil olub və bundan sonra atəş açmağa başlayıb.
Silahlı şəxs hadisə yerindəki digər təhlükəsilik qüvvələri tərəfindən öldürülüb.