Accessibility links

İsrail-HƏMAS arasındakı girov mübadiləsi və atəşkəs gecikir


Qətər cümə axşamı bildirib ki, İsrail və HƏMAS arasında döyüşlərdə fasilələr, girovların və məhbusların azad edilməsi ilə bağlı elan günün gec saatlarında başlaya bilər.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari "Əldə edilmiş atəşkəs razılaşması yaxın saatlarda bağlanacaq" deyib.

İsrailin milli təhlükəsizlik üzrə müşaviri Tzaxi Haneqbi çərşənbə günü verdiyi açıqlamada deyib ki, danışıqlar davam edir və HƏMAS-ın Qəzzada saxladığı girovlar ən azı cümə gününə qədər azad edilməyəcək.

Razılaşmaya əsasən İsrail Qəzzaya hücumlarını dörd gün müddətinə dayandırmalıdır. HƏMAS-ın oktyabr ayında İsrailə hücumu zamanı ələ keçirdiyi girovlardan 50 qadın və uşağı, İsrailin isə 150 fələstinli məhbusu azad edəcəyi gözlənilir.

Azad edilənlərin heç birinin adı açıqlanmayıb. Lakin ABŞ rəsmiləri HƏMAS-ın saxladığı güman edilən 9 amerikalı girovdan bəzilərinin azad edilənlər arasında olacağına inandıqlarını bildirib.

İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, keçən gün ərzində silahlı qruplaşmanın istifadə etdiyi tunellər, anbarlar və tank əleyhinə mövqeləri də daxil olmaqla, HƏMAS-ın 300 hədəfinə havadan hücumlar həyata keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın gələcəkdə İsrailə hücum edə bilməyəcəyinə söz verib. O, çərşənbə günü axşam keçirdiyi mətbuat konfransında deyib ki, atəşkəs müddəti başa çatdıqdan sonra İsrail ordusu Qəzzada kampaniyasını bərpa edəcək.

"Aydınlıq gətirmək istəyirəm, müharibə davam edir. Müharibə davam edir. Biz bütün məqsədlərimizə çatana qədər bunu davam etdirəcəyik" - deyə, Netanyahu bildirib.

Forum

XS
SM
MD
LG