Accessibility links

İsrail-HƏMAS döyüşləri şiddətləndiyi bir vaxt, Qəzzada aclıq hökm sürür


Atəşkəslə bağlı beynəlxalq səylərin davam etdiyi və anklavda humanitar böhranın kəskinləşdiyi bir vaxt İsrail qüvvələri cümə günü Qəzzaya hücumlarını genişləndirib.

Qəzza sakinləri bölgənin şimalındakı bəzi hissələrində güclü atışmanın və hava zərbələrinin endirildiyini bildirib. Cənubdakı Xan Yunis və Rəfaha da havadan zərbələr endirilib.

İsrail ordusu Qəzzanın mərkəzində yerləşən Əl-Bureyc və ətraf qəsəbələrin sakinlərinə dərhal cənuba doğru hərəkət etmələrini əmr edib ki, bu da bölgəyə qurudan hücumun mümkün olduğuna işarədir.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin bildirdiyinə görə, oktyabrın 7-də HƏMAS-ın İsraildə 1200-ə yaxın insanı öldürdüyü, 240-a yaxın insanı girov götürdüyü terror hücumundan sonra İsrailin Qəzzaya hücuma başlamasından bəri azı 20 min fələstinli həlak olub.

O vaxtdan bəri 2 milyona yaxın fələstinli İsrail tərəfindən didərgin salınıb. Qəzzanın səhiyyə nazirliyi son iki gündə 390 fələstinlinin öldürüldüyünü bildirib.

İsrailin davam edən hücumu Qəzzada döyüşlərin dayandırılmasını təmin etmək üçün diplomatik cəhdlərin aparıldığı bir vaxta təsadüf edir. BMT Təhlükəsizlik Şurasında Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanan və bazar ertəsindən bəri təxirə salınan yardım çatdırılmasının bərpası və atəşkəs şərtləri ilə bağlı səsvermənin cümə günü keçirilməsi gözlənilirdi.

Gecikmə qismən ABŞ-ın dəstəkləmədiyi bəzi maddələrə etirazı ilə əlaqədar idi. Cümə axşamı yenidən hazırlanmış layihədə, yardımın daxil olmasına icazə vermək üçün "hərbi əməliyyatların təcili dayandırılması" çağırışının ləğvi də daxil olmaqla, dəyişikliklər əks olunub.

Bununla belə, ABŞ səfiri Linda Tomas-Qrinfild cümə axşamı bildirib ki, ABŞ düzəliş edilmiş qətnamənin lehinə səs verməyə hazırdır.

O, "Bu, ehtiyacı olanlara humanitar yardım gətirəcək bir qətnamədir" deyib.

Təklif olunan digər dəyişikliklərə Qəzzaya daxil olan yardımın humanitar xarakter daşıdığından əmin olmaq üçün onu yoxlayacaq Birləşmiş Millətlər Təşkilatının monitorinq mexanizminin yaradılması ilə bağlı maddənin dəyişdirilməsi də daxildir. Təklif olunan yeni mətn BMT-nin baş katibinin Qəzzaya yardımın çatdırılmasını sürətləndirmək üçün BMT mexanizmini yaradacaq "humanitar və yenidənqurma üzrə baş koordinatorunu" təyin etməsini tələb edir.

Tomas-Qrifield ərəb ölkələrinin dəyişiklikləri dəstəklədiyini deyib.

Aclıq sürətlə artır

Yardımla bağlı gözlənilən səsvermə kritik bir vaxta təsadüf edir.

İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Fazasının Təsnifat təşəbbüsü (IPC) cümə axşamı hesabatında bildirib ki, “bombardman, quru əməliyyatları və bütün əhalinin mühasirəsi daxil olmaqla” hərbi əməliyyatlar “fəlakətli səviyyədə” kəskin ərzaq çatışmazlığında səbəb olub.

Qlobal aclığı monitorinq edən və qıtlıq xəbərdarlığı edən BMT-nin dəstəklədiyi qurum Qəzzanın bütöv əhalisi - 2 milyondan çox insanın - aclığın böhran və ya daha da pis səviyyədəsinə olduğu və hazırkı vəziyyət və məhdud yardıma çıxış davam etdiyi təqdirdə,aclıq ehtimalının növbəti altı ayda gözlənilən olduğu barədə xəbərdarlıq edib.

Qurum bildirib ki, hər dörd ailədən biri həddindən artıq aclıqla üzləşir və qəzzalıların dörddə birinin, yəni 577 min insanın ərzaq ehtiyatları tükənib və onlar fəlakətli səviyyədə aclıq və qıtlıqla üzləşir.

Forum

XS
SM
MD
LG