Accessibility links

İsrail döyüşləri dayandırmağa, HƏMAS girovları azad etməyə razılıq verib


HƏMAS tərəfindən Qəzzada saxlanılan 240 girovun ailə üzvləri və dostları onların geri qaytarılmasına çağırış edir. Tel-Əviv, 21 noyabr, 2023-cü il.
HƏMAS tərəfindən Qəzzada saxlanılan 240 girovun ailə üzvləri və dostları onların geri qaytarılmasına çağırış edir. Tel-Əviv, 21 noyabr, 2023-cü il.

Qətərin elan etdiyi İsrail qüvvələrinin Qəzzaya hücumlarını dörd gün müddətinə dayandırmasını nəzərdə tutan razılaşmadan sonra keçən ay HƏMAS militantlarının İsrailə hücumundan sonra Qəzza zolağında saxladıqları bəzi girovlar cümə axşamı azad edilə bilər.

Qətər HƏMAS-ın girov saxladığı 50 qadın və uşağı, İsrailin də "İsrail həbsxanalarında saxlanılan bir neçə fələstinli qadın və uşağı" azad edəcəyini bildirib.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, çərşənbə günü səhər tezdən elan edilən razılaşma Qətər, ABŞ və Misirin rəhbərliyi ilə həftələrlə davam edən danışıqlardan sonra qəbul edilib.

ABŞ rəsmisi bildirib ki, HƏMAS tərəfindən azad edilən girovlar arasında bir neçə amerikalı da var.

"Mən Qətər şeyxi Təmim bin Həməd Əl-Taniyə və Misir prezidenti Əbdülfəttah Əl-Sisiyə bu razılaşmanın əldə edilməsində göstərdikləri həlledici liderlik və tərəfdaşlığa görə təşəkkür edirəm" - deyə, ABŞ prezidenti Co Bayden bildirib.

Bayden "Və mən baş nazir Netanyahu və onun hökumətinin bu razılaşmanın tam şəkildə həyata keçirilməsini, Qəzzada günahsız fələstinli ailələrin əzablarını yüngülləşdirmək üçün əlavə humanitar yardımın göstərilməsini təmin etmək üçün uzadılmış fasiləni dəstəkləmək öhdəliyini yüksək qiymətləndirirəm" deyib.

Oktyabrın 7-də HƏMAS döyüşçüləri İsrailin cənubuna keçdikdən sonra İsrail bu qrupu məhv etmək üçün hərbi kampaniyaya başlayıb. İsrail terror hücumunda 1200 nəfərin öldüyünü və 240-a yaxın əsir götürüldüyünü bildirib. Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzza zolağına hücumları zamanı azı 5 mini uşaq olmaqla, 12 mindən çox fələstinli həlak olub.

Qətər İsrailin döyüşlərdə fasiləyə cümə axşamı başlandığını elan edəcəyini və ilk dörd günlük müddətdən sonra da uzadıla biləcəyini bildirib.

İsrail hökumətinin bəyanatında HƏMAS-ın hər əlavə 10 girovu azad etməsi üçün fasiləyə bir gün əlavə olunacağını deyib.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi deyib ki, girovlar arasında 50-dən çox qadın və uşaq var və son nəticədə məqsədin bütün girovları Qəzzadan çıxarmaqdır.

Forum

XS
SM
MD
LG