Accessibility links

Qəzzanın şimalinda ağır döyüşlər gedir


  • Qəzza zolağının şimalında İndoneziya xəstəxanası ətrafında şiddətli döyüşlərin getdiyi bildirilir.
  • Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, oktyabrın 7-dən bəri Qəzza zolağında 48 jurnalist öldürülüb.
  • İsrail Şifa xəstəxanasının altında HƏMAS-ın inşa etdiyi tunel kimi təsvir etdiyi videonu yayıb. HƏMAS bu iddianı təkzib edib.
  • Şifa xəstəxanasından təxliyə edilən 31 körpə müalicə üçün Misirə aparılacaq.
  • İsrail ordusu Qəzza zolağında gedən döyüşlərdə daha 5 əsgərin öldürüldüyünü, müharibə başlayandan bəri ölənlərin sayının 64-ə çatdığını bildirib.

İsrailin HƏMAS silahlı qruplaşmasına qarşı hücumunu davam etdirdiyi bir vaxt, bazar ertəsi Qəzzanın şimalındakı xəstəxana ətrafında şiddətli döyüşlər başlayıb.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi mərminin İndoneziya xəstəxanasının ikinci mərtəbəsinə düşməsi nəticəsində azı 12 nəfərin öldüyünü bildirib. İsrail ordusu bununla bağlı şərh verməyib.

İndoneziyanın xarici işlər naziri Retno Marsudi hücumu qınayıb və İsraili günahlandırıb.

"İndoneziya İsrailin Qəzzadakı İndoneziya Xəstəxanasına dinc sakinlərin ölümünə səbəb olan hücumunu qətiyyətlə pisləyir. Bu hücum beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Bütün ölkələr, xüsusilə də İsraillə yaxın əlaqələri olan ölkələr bütün təsir və imkanlarından istifadə edərək, İsraili qəddarlıqları dayandırmağa çağırmalıdır" bəyanatında bildirib.

İsrail bazar günü Qəzza zolağında HƏMAS militantlarına qarşı axtarış-yoxetmə missiyalarının mərkəzi olan Şifa xəstəxanasının altında fələstinli militantlar tərəfindən qazıldığı kimi təsvir etdiyi tunelin video-görüntülərini yayıb.

Fələstin anklavı boyunca yüzlərlə kilometrlik gizli tunellər, bunkerlər və şaxtalarının olduğunu etiraf edən HƏMAS belə bir tunellərin xəstəxanalar kimi mülki infrastrukturda olduğunu inkar edib.

Bazar günü Şifa əməliyyatları ilə bağlı yeni məlumatında İsrail hərbçiləri bildiriblər ki, mühəndislər 10 metr dərinlikdə partlayışa davamlı qapıya qədər uzanan 55 metrlik tunel aşkar edib.

"Bu tipli qapılar HƏMAS terror təşkilatı tərəfindən İsrail qüvvələrinin HƏMAS-a məxsus komanda mərkəzlərinə və yeraltı obyektlərə daxil olmasının qarşısını almaq üçün istifadə olunur" - deyə, hərbçilər beton qapılı dar keçidi əks etdirən videonu nümayiş etdirərkən bildirib.

Fələstinli həkimlər Qəzza zolağındakı Şifa xəstəxanasından təxliyə edilən vaxtından əvvəl doğulmuş körpələri Qəzza zolağının cənubunda Rəfahdakı xəstəxanadan Misirə köçürmək üçün hazırlayır, 19 noyabr 2023.
Fələstinli həkimlər Qəzza zolağındakı Şifa xəstəxanasından təxliyə edilən vaxtından əvvəl doğulmuş körpələri Qəzza zolağının cənubunda Rəfahdakı xəstəxanadan Misirə köçürmək üçün hazırlayır, 19 noyabr 2023.

Ümumdünya Səhiyyə Təşkilatı bazar günü vaxtından əvvəl doğulmuş 31-dən çox xəstə körpənin Şifa Xəstəxanasından təxliyə edildiyini və Misirdəki xəstəxanaya aparılacağını bildirib.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bildirdiyinə görə, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu və İsrailin ondan sonrakı əməliyyatları başlayandan bəri bölgədə 48 jurnalist və media işçisinin öldürüldüyü təsdiqlənib.

Jurnalistləri Müdafiə Komitəsinin hər iki tərəfdən öldürülən jurnalistlərin siyahısında 43 fələstinli, 4 israilli və 1 livanlı var.

Forum

XS
SM
MD
LG