İsrail Müdafiə Qüvvələrinin Telegram kanalının verdiyi məlumata görə, İsrail hərbçiləri HƏMAS silahlı qruplaşmasının əsas batalyonlarından biri olan "Zeytun" komanda məntəqəsini və onun mərkəzi qərargahına nəzarəti ələ keçirib.
"188-ci briqadanın üzvləri "Zeytun" batalyonunun bir neçə əsas obyektinə, eləcə də briqada komandirinin Qəzza şəhərindəki komanda mərkəzinə və batalyonun mərkəzi qərargahına operativ nəzarəti ələ keçirib" - deyə, məlumatda bildirilib. Nəticədə qərargah məhv edilib.
İsrail ordusu həmçinin Qəzzanın cənubundakı Zeytun bölgəsinə hava hücumu təşkil etdiyini və terrorçuların öldürüldüyünü bildirib. Bundan əlavə, Bislama Briqadasının döyüşçüləri ağır və uzaq mənzilli raketlər də daxil olmaqla, HƏMAS-ın ərazidəki hərbi obyektlərini məhv edib.
İsrail Müdafiə Qüvvələri Qəzzada İndoneziya xəstəxanasına hücumla bağlı Fələstinin bəyanatlarını şərh edərək, döyüşçülərin həmin xəstəxanadan atəşə tutulduğunu və onların da cavab atəşi açdıqlarını və yalnız atıcı silahlardan istifadə etdiklərini bəyan edib.
"Bu gecə terrorçular Qəzzadakı İndoneziya Xəstəxanasının içərisindən xəstəxananın kənarında fəaliyyət göstərən hərbçilərə atəş açıb. İsrail Müdafiə Qüvvələrinin əsgərləri düşmənin xüsusi atəş mənbəyinə cavab atəşi açıb. Xəstəxanaya doğru mərmi atılmayıb" - deyə, İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bir daha əmin edib ki, HƏMAS militantlarının xəstəxanalardan atəş açmasına baxmayaraq, ordu beynəlxalq normalara riayət etməyə çalışır və "qeyri-döyüşçülərə dəyən zərəri minimuma endirmək üçün bir çox tədbirlər görür".
Forum