Accessibility links

İsrail İranın hava hücumlarına cavab verməkdə qərarlıdır


İranlı etirazçılar Britaniyanın Tehrandakı səfirliyi qarşısında İsrail əleyhinə nümayişdə iştirak edirlər, İran, 14 aprel 2024.
İranlı etirazçılar Britaniyanın Tehrandakı səfirliyi qarşısında İsrail əleyhinə nümayişdə iştirak edirlər, İran, 14 aprel 2024.

İran ordusu və onun Yaxın Şərqdəki bəzi müttəfiqlərinin yəhudi dövlətinə presedenti olmayan hava hücumundan bir neçə gün sonra İsrail İrandan qisas almaqda qərarlı görünür.

Dünya liderlərinin çağırışlarına məhəl qoymayan İsrailin hərbi rəsmilərinin bazar ertəsi bildirdiklərinə görə, Tehran şənbə günü çoxu İran ərazisindən atılan 350-dən çox raket və pilotsuz uçuş aparatlarının bədəlini ödəməlidir.

İsrail ordu komandiri, general-leytenant Herzi Halevi İranın hücumuna "cavab veriləcəyini" deyib.

İsrailin cənubundakı Nevatim hava bazasında danışan Halevi "İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək" deyə, bildirib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü, kontr-admiral Daniel Haqari cavabın "bizim seçdiyimiz vaxt" veriləcəyini desə də, İsrail hərbi rəsmiləri bunun nədən ibarət ola biləcəyi barədə ətraflı məlumat verməyib.

İsrailin sərt ritorikası hətta ölkənin ən yaxın dəstəkçisi olan ABŞ-ın İranın dron və raket hücumlarının böyük ziyan vura bilməməsinin özünün böyük bir qələbə olduğunu əsas gətirərək, İsraili təmkinli olmağa çağırdığı vaxt da davam edir.

"İranın 300-dən çox hava hücumu keçirib və onların 99%-nin vurulub", Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder bildirib.

Ağ Evin tonu bazar ertəsi daha da sərt idi.

"Bu gün İsrailin strateji mövqeyi bir neçə gün əvvəl olduğundan daha güclüdür" - deyə, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi İsrailə yardıma gələn bir sıra ölkələrə işarə edərək bildirib.

Britaniya, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı da İranın raket və pilotsuz təyyarələrini vurmaq üçün ABŞ və İsrailə qoşulub.

"İranın İsraili və bölgəni təhdid etmək üçün lovğalanaraq istifadə etdiyi raket proqramının daha az effektiv olduğu sübut edildi. İsrailin müdafiəsi isə bir çoxlarının güman etdiyindən daha yaxşı oldu", Kirbi bildirib.

ABŞ-ın yüksək səviyyəli rəsmilərinin bildirdiyinə görə, İranın İsrailə ilk dəfə İran ərazisindən etdiyi hücumda 110-dan çox ballistik raket, 30 qanadlı raket və 150-dən çox bir istiqamətli partlayıcı dronlardan istifadə edilib.

Onlar İranın İraq, Suriya və Yəməndə proksi qüvvələrinin də hücumda iştirak etdiyini bildirib.

İran şənbə günü həyata keçirdiyi hücumu uğurlu kimi qiymətləndirib. İran bunu aprelin 1-də İsrailin Suriyadakı səfirlik binasına hücumu zamanı ikisi yüksək rütbəli komandir olmaqla, İran İslam İnqilabı Keşikçiləri Korpusunun 7 zabitinin ölümünə səbəb olduğu ehtimal edilən hava hücumuna cavab olaraq xarakterizə edib.

Türkiyə, İordaniya və İraqdan olan bəzi rəsmilər bazar günü bildiriblər ki, İran kütləvi itkilərə yol verilməməsi və döyüşlərin daha da genişlənməsinin qarşısını almaq üçün hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib.

Lakin İranın Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi Tehranda keçirdiyi mətbuat konfransında belə iddiaları rədd edərək, "bizimlə digər tərəflər arasında əvvəlcədən razılaşma olmayıb" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG