Accessibility links

İsrail hazırlanmaqda olan İran sazişinə qarşı çıxır


İsrailin Baş naziri Yair Lapid
İsrailin Baş naziri Yair Lapid

Xəbər verildiyi kimi, ABŞ İranla beynəlxalq nüvə sazişini canlandırmaq üçün son təklifi nəzərdən keçirib. İsrailin Baş naziri bu paktın İranın nüvə dövlətinə çevrilməsinə mane olmayacağını deyib və İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

İsrail İranla yaradılan nüvə sazişini dayandırmağa çalışaraq, ictimaiyyətlə hərtərəfli əlaqə səylərinə başlayıb. İsrailin Baş naziri Yair Lapid İranın danışıqları manipulyasiya etdiyini deyib.

“Hazırda masada pis bir razılaşma var. Bu, İrana ildə 100 milyard dollar qazandıracaq. Bu pulla məktəb, xəstəxana tikilməyəcək. Bu, ildə 100 milyard dollardır və Yaxın Şərqdə sabitliyi pozmaq üçün istifadə olunacaq və bütün dünyaya terror yayacaq” - deyə, o bildirib.

Onun sözlərinə görə, bu pullar Yaxın Şərqdəki Amerika bazalarına daha çox hücumların maliyyələşdirilməsinə, həmçinin Hizbullah, Həmas və İslami Cihadın gücləndirilməsinə sərf olunacaq.

O, həmçinin deyib ki, imzalanan istənilən saziş İsrailin qarşısında məhdudiyyət yaratmır və İsrail İranın nüvə dövlətinə çevrilməsinə mane olacaq.

Belə görünür İsrailin şübhələri Prezident Co Baydenin razılaşmanın mahiyyəti ilə bağlı fikrini dəyişdirməyəcək. Bu qismən İsrailin keçmiş prezident Donald Trampın 2018-ci ildə əvvəlki nüvə sazişindən çıxmasını təşviq etməsi ilə bağlıdır. Ekspertlər deyirlər ki, bu gün İran heç vaxt olmadığı qədər nüvə bombasına daha yaxındır.

İran nüvə proqramının yalnız dinc, enerji məqsədləri üçün olduğunu iddia edir. İsrail rəsmiləri onların mövqeyinin ABŞ-la gərginliyə səbəb ola biləcəyini deyir.

XS
SM
MD
LG