Accessibility links

Netanyahu zorakılıq törədən sığınacaq axtaranların deportasiyasını istəyir


Netanyahu zorakılıq törədən sığınacaq axtaranların deportasiyasını istəyir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Netanyahu zorakılıq törədən sığınacaq axtaranların deportasiyasını istəyir

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki küçə nümayişlərinin zorakılığa çevrilməsindən sonra deportasiya daxil olmaqla, "ciddi addımlar" atacağını deyib. Eritreyanın rəqib fraksiyalarının öz vətənlərində siyasətlə bağlı yaratdığı iğtişaşlar çox sayda insanın yaralanması və cəmiyyət üçün zərərli təsirlərlə nəticələnib.

Keçən həftə sonu Təl-Əviv küçələrində Eritreya hökumətinin yüzlərlə tərəfdarları və əleyhdarlarının İsrail polisinə daş atdığıı və bizneslərin şüşələrini sındırdığı zaman şiddətli toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla onlarla insan yaralanıb, polisin açdığı atəş nəticəsində azı üç etirazçı xəsarət alıb.

Həmin gün İsraildə son illər sığınacaq axtaran afrikalılarla miqrantlar arasında ən şiddətli küçə qarşıdurmalarından biri kimi qeyd edilib.

Şənbə günü toqquşmalar hazırkı Eritreya liderinin hakimiyyətə gəlməsinin 30-cu ildönümündə baş verib. Hökumət əleyhinə nümayişçilər ölkənin 1952-ci il bayrağından ilhamlanaraq, hakim diktaturaya müxalifətin simvolu olan mavi köynəklər geyinib.

İsrailin baş naziri Benyamin Netanyahu sığınacaq istəyənlər və miqrantların məsələsini müzakirə etmək üçün bazar günü xüsusi komitə toplayıb. Benyamin Netanyahu: "Dünən baş verənlər qırmızı xətti keçdi. Bu iğtişaşdır. Qan töküldü. Bu, bizim qəbul edə bilməyəcəyimiz vəhşilikdir. İğtişaşlarda iştirak edənlərin dərhal ölkədən çıxarılması da daxil edilməklə, biz sərt addımlar atılmasına çalışırıq. Rejimi dəstəklədiyini bəyan edənlərlə nəyə görə problemimiz olduğunu anlamaq mənim üçün çətindir. Onlar əlbəttə ki, qaçqın statusu almaqda iddia edə bilməzlər".

Netanyahu qeyd edib ki, İsrailin Ali Məhkəməsi daha əvvəl miqrantların ölkədən çıxarılmasıni nəzərdə tutan bəzi qanunvericilik tədbirlərini ləğv edib.

İsraildə Eritreyadakı diktaturadan azad bir həyat istəyənlər üçün zorakılıq yeni vətən hesab etdikləri ölkədə qeyri-müəyyənliyi artırır. Eritreya QHT İşçisi Kibrom Tevende: "Bu hadisə bizi sarsıtdı. Biz xəcalət və əziyyət çəkirik. Bu həm ağrılıdır, həm də biz qorxur və özümüzü güvənsiz hiss edirik. Biz ölkəmizdəki təqiblərdən qaçmışıq və bizi susdurmaq üçün diktator rejimi bizi təqib etməkdə davam edir."

İsraildə 30 mindən çox afrikalı sığınacaq axtaranların əksəriyyətini eritreyalılar təşkil edir.

Şənbə günü şiddətli toqquşmalar İsraildə 2023-cü ilin əvvəlində ölkənin məhkəmə sistemini zəiflədən islahatlardan sonra keçirilən kütləvi etirazların 35-ci həftəsində baş verib. Netanyahunun sərt sağçı mühafizəkar koalisiyası Ali Məhkəməni onun hökuməti üzərində nəzarətindən məhrum edib. İsraillilər bunun diktaturaya doğru bir addım olduğunu deyir, bəziləri isə bunu çevriliş adlandırır.

Qanunvericiliyin tərəfdarları məhkəmə tədbirlərinin hakimiyyət qollarında güc balansını bərpa etdiyini deyir. Tənqidçilər isə bildirirlər ki, bu tədbirlər nəzarət və tarazlığı aradan qaldırır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG