Accessibility links

İsrail Qəzza şəhər xəstəxanasında əməliyyata başlayıb


İsrail ordusu bazar ertəsi noyabr ayında keçirdiyi reydə görə beynəlxalq tənqidlərə məruz qaldığı bölgədə, Qəzza şəhərindəki Şifa xəstəxanasında əməliyyat keçirdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü, kontr-admiral Daniel Haqari verdiyi açıqlamasında yüksək rütbəli HƏMAS rəsmilərinin İsrailə qarşı hücumlar törədərkən xəstəxanadan istifadə etdiyi üçün İsrail qüvvələrinin bazar ertəsi hərəkətə keçdiyini deyib.

"Biz bu əməliyyatı ehtiyatla və diqqətlə aparacaq, eyni zamanda xəstəxananın öz vacib funksiyasını davam etməsini təmin edəcəyik," Haqari bildirib.

Şahidlər Qəzza zolağının ən böyük xəstəxananın ərazisinə hava zərbələri endirildiyini, eləcə də İsrail tanklarının olduğunu bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü beynəlxalq təzyiqləri rədd edərək, hətta yaxın günlərdə Qətərdə atəşkəs danışıqlarının bərpa olunacağına baxmayaraq, İsrailin Qəzza-Misir sərhədi yaxınlığındakı Rəfahda HƏMAS militantlarına qarşı hücumları davam etdirəcəyinə söz verib.

Ofisin yayımladığı videoda Netanyahu Nazirlər Kabinetinin iclasında HƏMAS-ın Qəzzaya hər hansı nəzarətini aradan qaldırmaq üçün "Heç bir beynəlxalq təzyiq bizi müharibənin məqsədlərini həyata keçirməyə mane olmayacaq. Buna görə biz Rəfahda da əməliyyat aparacağıq" deyib. Lakin o, qaçılmaz hücuma dair heç bir işarə verməyib.

Daha sonra o, CNN kanalının "Birliyin Vəziyyəti" verilişində deyib ki, İsrail HƏMAS-la müharibədə altı həftəlik atəşkəs barədə razılığa “cəhd etməyə davam edəcəyini” bildirib. Lakin o, buna nail olmaq üçün "Biz hərbi təzyiqi davam etdirəcəyik" deyib.

Netanyahu ABŞ Senatının yəhudi əsilli yüksək rütbəli rəsmisi Çak Şumerin keçən həftə Qəzzanı bombaladığına görə Netanyahunun "yolunu azdığını" iddia edərək, İsraildə yeni seçkilərə çağırmasının "tamamilə yersiz olduğunu" bəyan edib.

"Düşünürəm ki, indi çökdürmək üçün üzərində işləməli olduğumuz yeganə hökumət Qəzzadakı terrorçu, mindən çox israillini qətlə yetirən HƏMAS tiraniyasıdır," Netanyahu bildirib.

İsrailə səfərindən əvvəl İordaniyada səfərdə olan Almaniya kansleri Olaf Şolz Rəfaha hücumun regional sülhü "çox çətinləşdirəcəyini" və hazırkı səylərin "uzunmüddətli atəşkəsi təmin etmək" olduğunu deyib.

Forum

XS
SM
MD
LG