Accessibility links

İsrailin Fələstin əsilli amerikalı sakinləri zorakılığa son qoyulmasını istəyir


İsrailin Fələstin əsilli amerikalı sakinləri zorakılığa son qoyulmasını istəyir
please wait

No media source currently available

0:00 0:02:25 0:00

İsrailin Fələstin əsilli amerikalı sakinləri zorakılığa son qoyulmasını istəyir

Fələstinlilərin dörd israillinin ölümünə səbəb olan terror hücumundan sonra qəzəblənən 400-ə yaxın yəhudinin Fələstin kəndi dağıdıb, əmlakı məhv etməsindən sonra bu kənd hələ də narahatdır.

Kənd sakinlərinin 70 faizini təşkil edən ABŞ vətəndaşları deyir ki, ABŞ hökuməti onların təhlükəsizliyini təmin etmək üçün daha çox iş görməlidir.

Turmus-Əyyanın Fələstin əsilli amerikalı sakinləri üzləri maskalı və çoxu silahlı yüzlərlə yəhudi köçkünün keçən həftə onların dinc kəndinə hücumundan sonra hələ də travma yaşayır. Turmus-Əyya sakini Umm Bilal: "Məskunlaşanlar evə girdi. Məni vurdular, sonra da nəvəmi vurdular. Onlar qaçandan sonra mən gizlənmək üçün hamamda qaçdım. Sonra evi yandırdılar".

Umm Bilal və əri Mahmud Həccaz vaxtlarını Turmus-Əyya ilə ABŞ arasında keçirən kənd sakinlərinin yüzdə 70-i arasındadır.

Həccaz deyir ki, hücum onu kənddəki əmlakına daha bağlı edir. "Bizim köçməyimizi istəyirlər. İstəyirlər ki, evimizi, torpağımızı, təsərrüfatımızı qoyub getməmizi istəyirlər. Biz getmirik. Bu bizim torpağımızdır, bura bizim evimizdir".

Mühacirlərin hücumu fələstinlilərin yaxınlıqda dörd israillinin ölümünə səbəb olan terror hücumundan bir gün sonra baş verib. İsrail hökuməti və ordusu hücuma sərt reaksiya versə də, eyni zamanda məskunlaşanların zorakılığını pisləyib. İsrail Ordusu Baş Qərargahlar rəisi Herzi Halevi: "İsrail ordusunun zabiti İsrail vətəndaşının fələstinlilərin evinə molotof kokteyli atmağı planlaşdırdığını görüb, kənarda durursa, o zabit ola bilməz".

Fələstinlilər deyirlər ki, xüsusilə bu ifrat sağçı İsrail hökuməti dövründə məskunlaşanlar demək olar ki, zorakılığa görə heç vaxt həbs edilmir və məhkəmə qarşısına çıxarılmır.

Avropa İttifaqı və Amerika rəsmiləri İsraili mülki fələstinlilərə qarşı mühacir hücumlarını dayandıra bilmədiyi üçün kəskin şəkildə qınayıb və həm İsraili, həm də fələstinliləri zorakılığı azaltmaq üçün daha çox iş görməyə çağırıb. Ancaq hər yay kəndlərində yaşayan və ya ziyarət edən bu 5000 fələstinli amerikalı deyir ki, onları qorumaq üçün çox şey ABŞ-dan asılıdır. İllinoys ştatından fələstinli amerikalı Əbdelnasir Raşid: "Tamamilə aydın olmalıdır ki, İsrailə hər il ayrılan milyardlarla dollar hərbi maliyyə yardımının davam etməsi sülh prosesinin inkişafina kömək etmir".

Buradakı fələstinlilər deyirlər ki, istədikləri yalnız məskunlaşanların onlara qarşı zorakılığının dayandırılmasıdır.

XS
SM
MD
LG