Accessibility links

Mahmud Abbas: `ABŞ bundan belə sulh danışıqlarına vəsitəçilik etməyəcək`


Fələstinlilərin lideri Mahmud Abbas deyib ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp fələstinlilərin sülh danışıqlarını rədd etdiyini deməsinə görə utanmalıdır.

Fələstinin Mərkəzi Şurasında çıxış edən cənab Abbas Birləşmiş Ştatların bundan belə sulh danışıqalrına vəsitəçilik etməyəcəyini bəyan edib.

“Biz xalqımızın taleyinə aid olan heç nəyə yox demirdik. Lakin indi biz bizim layihəmizi qəbul etməyən Trampa və digərlərinə yox deyirik. Və biz ona bizə vurulan əsrin şilləsini geri qaytaracağımızı dedik” deyə, cənab Abbas bildirib.

Cənab Abbas sülh danışıqlarına Birləşmiş Ştatların iştirakı olmadan çağırıb.

Donald Trampın bu yaxınlarda Qüds şəhərini İsrailin paytaxtı elan etməsi və Amerikanın Tel-Əvivdəki səfirliyini bu şəhərə köçürməsi barədəki qərarı fələstinlilərin qəzəbinə səbəb oldu.

Fələstinlilər İordan Çayının Qərb Sahili və Qüdsün şərq hissəsinin müstəqilliyini tələb edir. İsrail isə Qüdsü əbədi və bölünməz paytaxt kimi görür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG