Accessibility links

Qüdsdə silahlı hücum olub


İsrail polisinin sözçüsü avtomat və bıçaqlarla silahlanmış 3 nəfərin bu gün Qüds şəhərinin qədim hissəsində 2 nəfəri qətlə yetirdiyini, bir neçə nəfəri yaraladığını bilıdirib.

Miki Rozenfeldin dediyinə görə, hücumçülar müsəlmanların Müqəddəs Məbəd, yəhudilərin isə Dağ Məbədi adlandırdıqları yerə qaçmazdan əvvəl bir neçə nəfəri də bıçaqlamağa cəhd etdiklərini deyib.

Sözçü terrorçuların polis tərəfindən təqib edilərək, üçünün də öldürüldüyünü, hücumun baş verdiyi yerdə müsəlmanların cümə namazı keçirmədiyini deyib.

Müqəddəs Məbəd, yaxud Dağ Məbədi adlandırılan ibadətgah yəhudilərdə ən müqəddəs, İslamda isə üçüncü müqəddəs yerdir.

Hücumçuların kimliyi ilə bağlı heç bir məlumat verilməyib.

XS
SM
MD
LG