Accessibility links

Haram Əl-Şərif-ə yalnız 50 yaşdan yuxarı müsəlmanlar daxil ola bilər


İsrail polisi 50 yaşdan aşağı müsəlmanların cümə namazı qılmaları üçün Qüdsün müqəddəs məbədinə daxil olmalarına qadağa qoyub.

Bu qadağa Qədim Qüdsdə nümayişlər zamanı iyirmiyə qədər insanın polislə qarşıdurma yaşaması nəticəsində yaralanmasından sonra verilib.

Təhlükəsizlik tədbirləri keçən həftənin cümə günü üç israilli ərəbin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən əvvəl İsrail polisinə atəş açaraq, iki polis zabitini qətlə yetirməsindən sonra artırılıb.

İsrailin polis sözçüsü qədim şəhər ətrafında təhlükəsizlik işçilərinin artırılacağını bildirib. Polis eləcə də, Qədim Qüdsə və oradakı Dağ Məbədinə yalnız 50 və ondan yuxarı yaşlardakı kişilərin daxil olmasına icazə veriləcəyini, qadınlara isə məhdudiyyət qoyulmayacağını deyib.

Məbədə bu həftənin əvvəlində metal detektorlar yerləşdiriləndən bəri minlərlə müsəlman özlərinin Haram Əl-Şərif, yəhudilərin isə Dağ Məbədi adlandırdıqları məbədin kənarında namaz qılır.

XS
SM
MD
LG